Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heydər Şəmsizadə

Şəmsizadə Heydər Məşədi Aslan oğlu — teatr aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti.

Həyatı

Heydər Şəmsizadə 1905-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. Məktəbdə oxuduğu dönəmdə teatrla ilgilənib. Sonra bir neçə həvəskarla birləşib Ağdam şəhərində teatr truppası yaradıb. Müxtəlif dramaturqların pyeslərini tamaşaya qoyub. Həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. Ağdam xalq teatrı dövlət teatrı statusu alandan sonra rejissorluq edib, teatrın bədii rəhbəri olub. 1948-ci ildən 1949-cu ilədək Moskvada Lunaçarski adına Dövlət Teatrı İnstitutunda rejissorları təkmilləşdirmə kursunda oxuyub. Kursu tamamlayandan sonra Türkmənistana, Aşqabad şəhərinə işləməyə dəvət edilib. Bir müddət Aşqabadda çalışıb. Orda "Arşın mal alan" tamaşasını səhnəyə qoyub. 1968-ci ildə Ağdam xalq teatrı yenidən dövlət teatrı statusu alandan sonra baş rejissor kimi fəaliyyətə başlayıb. 1943-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adını alıb.

Heydər Şəmsizadə 1978-ci ildə vəfat edib.

Filmoqrafiya
Dağlarda döyüş (film, 1967)


Tarix: 01.02.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Aktyorlar
loading...