Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Allahverdiyev

Yusif Allahverdiyev - AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

1968-1972-ci illərdə N.Krupskaya adına Bakı mədəni-maarif məktəbində təhsil alıb.

1972-ci ildən Naxçıvan teatrında aktyor işləyir.

Teatrda işlədiyi müddətdə S.Vurğun "Vaqif"də Vəzir,V.Səmədoğlu "Bəxt üzüyü"ndə Tanrıbəy,A.R.Çexov "Ayı"da Ayı, N.Dumbadze "Mən, nənəm,İliko və İllaroin"da Həkim, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da Rüstəm bəy, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Cinni Mustafa, N.Nərimanov "Nadir şah"da Cavad, N.Həsənzadə "Atabəylər"də Bağban, "Pompeyin Qafqaza yürüşü"ndə Tiqran, Ə.Əsgərov "Qız atası"da Cavad kişi, Mir Cəlal "Dirilən adam"da Hacı Hüseyn, A.Məmmədov "Həmyerlilər"də Yaqub və s. rollar oynayıb.

1987-ci ildə Naxçıvan MR. Əməkdar artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya
Tale yükü (film, 1997)


Tarix: 05.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Aktyorlar
loading...