Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Corc Kluni

Corc Kluni (6 may 1961)—Amerika aktyoru.Mündəricat
1 Həyatı haqqında
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı haqqında
Boyu: 1.80
Hobbisi: İdman

Uşaqlıqdan Corc Kluni yaradıcı ailədə böyüyür. Onun atası televizorda çalışır və özünün şəxsi "Şou Nika Kluni" proqramını aparır. Buna görə də Corc artıq 5 yaşında teleekranlara çıxır, reklam çarxlarında çəkilir. Aktyor ilk əvvəl idmanla məşğul olur. Onun maraqlandığı idman növü beysbol olur və o, Cincinnati Reds komandasının üzvü olur. Ancaq o bu sahədə uğur əldə edə bilmir və tezliklə bu sənəti tərk edir. Şimali Ketukki Universitetinə daxil olan Corc oxumaq əvəzinə, ən çox dostları ilə vaxt keçirir və elə buna görə də 3 il birinci kursda qalır. Lakin burada da sona qədər qərar tutmur. Əmisioğlu onu filmdə oynamağa dəvət edir, o da razılaşır. Ancaq film ekranlara çıxmır. Corc Kluni bu dəvətdən sonra şou-biznesdə qalmağa və Hollivudda aktyorluq fəaliyyətinə başlamağa qəti qərar verir. Bir müddət ayaqqabı, siqaret satmaqla məşğul olduqdan sonra o, yığdığı pullarla Los-Ancelesə yolda düşür. O bir neçə seriallarda, bir neçə filmin çəkilişlərində rol alır. Aktyorun ən uğurlu işi "Təcili yardım maşını" serialının ekranlara çıxışı olur. Film ABŞ və daha bir neçə ölkələrdə yayımlanır.

Bu çəkilişdən sonra aktyora bir-birinin ardınca, ardı-arası kəsilməyən təkliflər gəlir, 1996-ci ildə "Qürubdan gündoğana qədər", "Bir gözəl gün" filmləri çəkilir. 1997-ci ildə o uşaqların sevimli qəhramanı Betmanı canlandıran 4 seriyalı filmə çəkilir. Film istənilən uğuru əldə etməsə də, o, tamaşaçıların diqqəti və tənqidləri ilə yetərincə üzləşir. O bir neçə başqa "Sülh yaradan", "Nəzərdən uzaq", "Nazik, qırmızı xətt" və başqa filmlərdə unudulmaz obrazlar yaradır. Corc Kluni yaraşıqlı olduğundan şəxsi onun həyatında bir neçə sevdiyi qadın olub. O uzun müddət aktrisa Kelli Preston ilə görüşür. Daha sonra onun sevgililəri içərisində Codi Fosterin bacısı Didi, Deniz Krosbi, Kimberli Rassel və başqaları olur. Aktyorun hal-hazırda başı qarışıqdır. O bir neçə dəfə məhkəməyə müraciət edib. Onun müraciətinə səbəb aktyorun adından istifadə edilməsi olub. Belə ki, 3 fırıldaqçı sən demə öz paltarlarının markasına aktyorun adını veriblər. Hər yerdə Corc Kluni ilə tanış olduqlarını və əməkdaşlıq etdiklərini bildiriblər. Bu isə aktyoru əsəbiləşdirib və o məhkəməyə müraciət edib.


Tarix: 30.01.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Aktyorlar
loading...