Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firuz Xudaverdiyev

Həyatı

Xudaverdiyev Firuz İslam oğlu, aktyor, (08.07.1939) 1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Teatr rolları

Təyinatla Mingəçevir Dövlət Dram Teatrına gedən aktyor aşağıdakı rolları oynayıb:

Fuad ("Almaz" Cəfər Cabbarlı),Şəmsi bəy ("Eşq və intiqam" Süleyman Sani Axundov), Vəzir ("Fərhad və Şirin" Səməd Vurğun), Ədalət ("Məhv olmuş gündəliklər" İlyas Əfəndiyev), Assistent ("Şöhrət və ya unudulan adam" Nazim Hikmət) və s.

O, 1976-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib və teatrın səhnəsində bu rolları oynayıb:

Bir kişi ("Dəli yığıncağı" Cəlil Məmmədquluzadə), Qoca ("Fitnə" Abdulla Şaiq), Əsgər ("Maqbet" Vilyam Şekspir), Xəstə ("Biganələr oteli" Rüstəm İbrahimbəyov), N.Kokin ("Daşqın" A. Safronov), Çolaq ("Yad adam" L. Frank), 1-ci polis ("Səhra yuxuları" Anar), Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan" İlyas Əfəndiyev), Mola ("Mirzə Şəfi Vazeh" Nəbi Xəzri), Hans ("Gecənin sirri" A.Safronov), 1-ci Qanun ("İblis" Hüseyn Cavid), Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan" Əbdürrəhim bəy Haqverdiyev), Aşbaz Abbas ("Sehrli alma" Y.Lada), Xəstə ("Biganələr oteli" R.İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qulam ("Aydın" C.Cabbarlı), Həkim ("Kəllə" N.Hikmət), Molla ("Brüsseldən məktublar" Hüseyn Həsənov), Reynaldo ("Hamlet" V.Şekspir), Kərbəlayi Vəli ("Ölülər" C.Məmmədquluzadə), Hacı Hüseyn ("Dirilən adam" Mir Cəlal).

Aktyor "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) teletamaşalarında oynayıb.

Firuz Xudaverdiyev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Bağdada putyovka var... (film, 2000)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Cavid ömrü (film, 2007)
Dəvətnamə (film, 2003)
"Fransız" (film, 1995)
Günaydın, mələyim! (film, 2008)
İşgüzar adamlar (film, 1977)
Kişilər (film, 1984)
Ordan-burdan (film, 1987)
Qeybdən gələn səs (film, 2002)
Mənim günahım (film, 1985)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Pəncərədə işıq (film, 1987)
Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
Sonuncu şahid (film, 2004)
Sübut (film, 1982)


Tarix: 01.02.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Aktyorlar
loading...