Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Cəfərov

Yusif Cəfərov – Gəncə Dövlət Nizami Poeziya teatrında aktyor. "Qızıl Dərviş" mükafatçısıdır. Teatr Xadimləri İttiffaqının üzvüdür.[Mənbə göstərin]

Həyatı

Yusif Cəfərov 1970-ci ildə Gəncə şəhərində anadan olub. 1987-ci ildə orta məktəbi bitirib. Həmin ildən də Gəncə Dövlət Kukla teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Gəncə Dövlət Nizami Poeziya teatrının direktoru A.Əliyevin dəvətindən sonra Gəncə Dövlət Nizami Poeziya teatrına köçürülmüşdür. 1994-cü ildə "Qalxan-R" şəxsi təlükəsizlik mərkəzinin "Təlükəsizlik xidməti" kursunu bitirmişdir. 1995-ci ildən eyni zamanda Gəncə Dövlət Dram teatrında da fəaliyyət göstərmişdir. 2002- ci ildən yenidən yalnız Nizami Poeziya teatrında fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddət ərzində Nizami Poeziya teatrında oynadığı rollar aşağıdakılardır:

"Bəhram şah"da Bəhram şah, "Gül və Zəhər"də I Loğman, "Məhəbbət əfsanəsi"ndə Şapur " Xeyir və Şər"də Şər, "Tıxac" – tamada "Yeddi məhbusun şikayəti" I məhbus, "Dərd yükü"- oğul, "Qapı"- əsgər, B.Vahabzadə və Z.Yaqubun şerləri əsasında Pərvanə Qurbanova- nın səhnələşdirdiyi "Yaddan çıxmaz Qarabağ" – aparıcı vəs. Hal hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi " Əlmanə" tamaşasında Baş Kahin obrazı üzərində işləyir.

C.Cabbarlı adına GDD teatrında işlədiyi müddətdə çoxlu sayda, əsasən baş rolların ifaçısı olmuşdur: R.Toma "Tələ"- Daniel, "Nəsrəd- din"də- Nəsrəddin, "Bəxtsiz cavan"da- Fəhrad, "Qana-qan"da- Dəllək, "Mahnı dağlarda qaldı"da- Rəhman, "Oqtay Eloğlu"da- Şəkinski və s.

Ailəlidir. Beş uşağı var.


Tarix: 05.02.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Aktyorlar
loading...