Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Məmmədov (aktyor)

Teymur Bayram oğlu Məmmədov — Aktyor. Film bələdçisi.

Həyatı

Teymur Bayram oğlu Məmmədov 23 fevral 1960-cı ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. İncəsənət İnstitutunda dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1978-1982, Nəsir Sadıqzadənin kursu). Təyinatla 1982-ci ildən Ağdam Teatrında işləməyə başlayıb. Hərbi xidmətdən sonra (1982-1984) Şuşa Mədəni Maarif Texnikumdna ixtisas müəllimi işləyib. Teymur Məmmədov Şuşa Teatrının yaradıcılarından biridir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Teymur Məmmədov həm də ANS televiziyasında yayımlanan “Qulp”, “Mübarizə” verilişlərində fəaliyyət göstərir.

Əsas rolları: Soltan bəy («Arşın mal alan», Üzeyir Hacıbəyov), Murtuzov («Özümüz bilərik», Süleyman Ələsgərov və Şıxəli Qurbanov), Hüsaməddin Alovlu («Şuşa dağlarını duman bürüyüb», Elçin), Usta Ərdaş («Pənah evi», Ələmdar Quluzadə), Şaban ağa («Bayramın birinci günü», Nazim Hikmət), Nazir («Sehirli kreslo», Fridyeş Karinti), Əsgər bəy («Millət dostları», Əbdürrəhim bəy Haqverdiyev), Əliqulu («Tamahkar», Süleyman Sani Axundov), Nəcəf bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Zülfüqar bəy («Kamança», Cəlil Məmmədquluzadə), Aparıcı («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Fərəc («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Kərim («Durna», Səid Rüstəmov və Süleyman Rüstəm).

Filmoqrafiya
Almas Yıldırım (film, 2004)
İnterpapa (film, 2006)
Qüdsi (film, 2007)


Tarix: 04.02.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 609 Bölmə: Aktyorlar
loading...