Aktyor
Həyatı
1968 -ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986 – cı ildə oranı bitirmişdir. 1973-1982 -ci illərdə N.B.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984 – cü illərdə N.B.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-ci illərədək Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999 – cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006- cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir. O, K.Qaldoni "İki sahibin qulluqçusu" – (Trufaldino), V.Şekspir "Qış nağılı" – (Antiqon), A.Safronov " Qəribə həkim" – (Koppuş), N.B.Vəzirov "Hacı Qəmbər" – (Hacı Qəmbər), S.Rəhman "Toy" – (Kərimov), İ.Əfəndiyev "Məhv olmuş gündəliklər" – (Savalan), Elçin "Dəyişmə" – (Keşikçi), A.Mirzəyev "Yolçular" – (Sabirabadlı) tamaşalarında oynamışdır. C.Əmirov "Qara Volqa" – (Sahə müvəkilli), R.İbrahimbəyov "Etimad telefonu" – (Yol polisi), X.Muradov "Azadlığa gedən yollar" – (Salamov), R.Almuradlı "Yük"-(Xırdavatçı) filmlərinə çəkilmişdir. F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
Filmoqrafiya
Etimad telefonu (film, 2001)
Koma 0,1 saniyədə (film, 2008)
Qara "Volqa" (film, 1994)
Olacağa çarə yoxdur (film, 2003)
Sonuncu şahid (film, 2004)
Yol yoldaşları (film, 2003)
Yük (film, 1995)
Tarix: 01.02.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Aktyorlar