Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürcəli Əsgərov

Bürcəli Əsgərov - Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Bürcəli Veysəl oğlu Əsgərov 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib.

Onun aktyor sənəti müəllimi görkəmli aktyor və rejissor Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb.

Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır. Aktyor bütün janrlı səhnə əsərlərində sərbəst, yaradıcılıqla və dinamik ehtirasla oynayır.

Bürcəli Əsgərov ilk növbədə tipik və xarakterik rollar aktyorudur. Eyni zamanda müəyyən tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyini oynamışdır. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun gəlir. Realist və lirik psixoloji üslublu tanıaşalarda da yaddaqalan bədii drarmatik surətlər oynayıb. Öz rollarını, xususən klassik əsərlərdəki obrazları əsasən daxili ehtirasla və romantik vüsətlə oynamağa üstünlük verir.

Aktyorun qırx yeddi illik səhnə fəaliyyətində yaradıcı obrazları bu ardıcıllıqla vermək olar. İkinci cavan və Simon. "Şeyx Sənan", Hüseyn Cavid. Kamil. "Qəribə adam", Nazim Hikmət. Gülverdi və Barat. "Almaz", Cəfər Cabbarlı. Bizans elçisi. "Cavanşir", Mehdi Hüseyn. Tapdıq və Mehdi. "Qaçaq Nəbi", Süleyman Rüstəm. Vasilyev, Zabit və Mins. "Tufanlı il", Aleksey Kapler. Senat zabiti. "Otelio", Vilyam Şekspir. Rauf və Professor Şahbazov. "Göz həkimi", İslam Səfərli. İşçi Səməd. "1905-ci ildə", Cəfər Cabbarlı. Toğrul. "Od gəlini", Cəfər Cabbarlı. Rəşid. "Kəndçi qızı", Mirzə İbrahimov. Lu Da Xay. "Tufan" ("Tayfun"), Tsao Yuy. Zaman və Bayram. "Dönüş", Cəfər Cabbarlı. Leytenant. "Ana ürəyi", İslam Səfərli. Kamil. "Dağlar qızı", Adil Babayev. Kamal. "Əliqulu evlənir", Sabit Rəhman. Zahid və Lütfiyar. "Əcəb işə düşdük", Şıxəli Qurbanov. Toğrul. "Bağlı qapılar", Həsən Seyidbəyli. Heydər bəy. "Hacı Qara", Mirzə Fətəli Axundzadə. Bəhram. "Səyavuş", Hüseyn Cavid. Sekst Pompey. "Antoni və Kleopatra", Vilyam Şekspir. Furmanov. "Tanya", Aleksey Arbuzov. Əli bəy, Arşak, Şaliko, Əhməd kişi, Eldar və Vidadi. "Vaqif", Səməd Vurğun. Leopaço. "Dəlilər" ("Valensiya dəliləri"), Lope de Veqa. Aryaka. "Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov. Qardaşxan. "Yaxşı adam", Mirzə İbrahimov. Raymond. "Orlean qızı", Fridrix Şiller. Şamil. "Yalan", Sabit Rəhman. Lətif. "Söz yarası", Qeybulla Rəsulov. Şəkinski. "Oqtay Eloğlu", Cəfər Cabbarlı. Kölgə. "Hamlet", Vilyam Şekspir. İki quruluşda. Murad. "Nakam qız", Aleksandr Şirvanzadə. Zabit. "Canlı meyit", Lev Tolstoy. Məlik şah və Yusif. "Xəyyam", Hüseyn Cavid. İppolit. "Zamanın hokmü", Nikolay Poqodin. Hüseyn. "Küləklər", Sabit Rəhman. Cimmi Kanana. "Qızıl", Yucin ONil. Qaynar. "Əks-səda", Nəbi Xəzri. Ağabəy Məhəmməd. "Qılınc və qələm", Məmməd Səid Ordubadinin eyniadlı əsəri əsasında Tofıq Kazımovun işləməsi. Bəhram. "Solğun çiçəklər", Cəfər Cabbarlı. Hacı Məhəmməd ƏIi. "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə. Hacı Əsədulla. "Mənsiz dünya", Nəbi Xəzri. Möhsünzadə. "Unuda bilmirəm", İlyas Əfəndiyev. Bədirov. "Ümid", Maqsud İbrahimbəyov. Vəzir. "Məhəbbət əfsanəsi", Nazim Hikmət. Mürsəl. "Yastı təpə", Əkrəm Əylisli. Dənizçi. "Yad adam", Leonqard Frank. Qoca Knyaz. "Xurşid banu Natəvan", İlyas Əfəndiyev. Banko. "Maqbet", Vilyam Şekspir. Birinci zabit. "İblis", Hüseyn Cavid. Qara. "Qarabağ əfsanəsi", Qeybulla Rəsulov. Aslanov. "Səadət sorağında", Xalid Əlimirzəyev. Kiçik səhnədə. Məcid Zeynallı. "Təhminə və Zaur", Anar. Kostılyev. "Həyatın dibində", Maksim Qorki. Hacı Fərhad. "Şeyx Xiyabani", İlyas Əfəndiyev. Ataxan. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev. Dəmirov. "Qızıl teşt", Seyran Səxavət. Afşar Hüseyn. "Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev. İlyas İsbatov. "Gülüstanda qətl", Cəmil Əlibəyov. Qəni müəllim. "Gecə döyülən qapılar", Nəbi Xəzri. Cığatay. "Məhəbbət yaşadır", Nahid Hacızadə. Xoca Abdulla. "Min illərin işığı", Kamil Abdullayev. Curxan. "Qisas qiyamətə qalmaz", Nahid Hacızadə. Cavad xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev. İgid və Azər baba. "Fərhad və Şirin", Səməd Vurğun. Müxtəlif quruluşlarda. Şairin atası. "Sokratı anma gecəsi" ("Eşşək dərisi üzərində məhkəmə"), Çingiz Aytmatov və Muxtar Şahanov. Nazim paşa. "Ulduz, yaxud Ədirnə fəthi", Cəfər Cabbarlı. Şahbaz bəy. "Eşq və intiqam", Süleyman Sani Axundov. İlk növbədə teatr aktyoru olan Bürcəli Əsgərov "Azərbaycanfilm"in istehsal etdiyi "Onu bağışlamaq olarmı?" bədii filmində Leytenant Rəsulov roluna çəkilib. Bürcəli Əsgərov 2000-ci ildən, həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyir. O, burada Hidayətin "Məhəbbət yaşayır hələ".." (Əliş Vəlişoviç), "Durnalar qayıdanda" (Vəli Qulamoviç), Sabit Rəhmanın "Yalan" (Saleh), Ağarəhim Rəhimovun "Əsgər anası" (Kamal) əsərlərinin tamaşalarında oynayıb. Teatr sənətində qazandığı nailiyyətlərə, uğurlu aktyor ifalarına görə 1982-ci il dekabr ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

Filmoqrafiya
Onu bağışlamaq olarmı? (film, 1959)
Göz həkimi (film, 1985)
Canavar balası (film, 1997)
Qırmızı qar (film, 1998)


Tarix: 31.01.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 863 Bölmə: Aktyorlar
loading...