Qezeller → "Zərrələr üz döndərə xurşidi-aləmtabdən"
Zərrələr üz döndərə xurşidi-aləmtabdən,
Dönməyə üzüm mənim ol qaşları mehrabdən.
Tərk edə üz sürtməyi ruyi-zəminə aftab,
Çöhrəyi-zərdim mənim dür olmaya ol babdan.
Uyqudan açılmaya hər şəb kəvakib gözləri,
Xabə varmaq gəlməyə bu çeşmi-pürxunabdən.
Pənbəyi-daği-məlamətdən ola pirahənim,
Nar puşiş qılmasa xakistəri-səncabdən.
İstərisən eyni vəslə irməyi, sərgəştə ol,
Böylə fəhm etdi Xəyali nəğməyi-dulabdən. Ardı »