Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Bu zülmə razılaşan gördü bir mənəm tələsik " qəzəli

Bu zülmə razılaşan gördü bir mənəm tələsik.
Sitəm verib məni yandırdı bir sənəm tələsik,

Görüncə can qapısın taybatay açıq, yığışıb
Töküldü üstümə dəstəylə dərd-ələm tələsik.

Mən indi indi tuturdum məhəbbətin yolunu,
Özüm də gözləmədən qoydu qəm qədəm tələsik.

Sevincimin başı batsın, kədər gələr-gəlməz,
Yığışdırıb gedib artıq köçün tələm-tələsik.

Bağışla Yasini, ey mərhəmətlim, istəklim,
Nə yazdı bilmədi haqqında küt qələm tələsik. Ardı »

Qezeller"Məndən sənə bir məsləhət ey gənc"

Məndən sənə bir məsləhət ey gənc,
Elm öyrənib ol əhli-süxənsənc.

Al elmini Qurani-Kərimdən,
Uyma nə ki,öyrətdisə əfrənc.

Tərk et o, işi dinə xilafdır,
Hər an sənə çün artıracaq rənc.

Kəb əldə tutub təxteyi-nərdə
Nərrad kimi atma şeşü pənc.

Bir şah ikən axırda olar mat,
Hər kim əgər oynar isə şətrənc.

Ondansa gedib kəsbi-kəmal et,
Bifaidədir adəti-iyrənc.

Yaz elm ilə hər şeri Qəvimi,
Çün elmdir aləmdə nihan gənc. Ardı »

Qezeller"Yandım xəyali-vəsli-rüxü şövqi-yar ilə"

Yandım xəyali-vəsli-rüxü şövqi-yar ilə,
Yansam da yanmağımda varam etibar ilə.

Hərçənd onun qərarı məni biqərar edib,
Ölləm görüşməsəm mən o sahibqərar ilə.

Tar oldu gündüzüm gecədən, getdi rahətim,
İndi xalın üzündə görüb zülfi-tar ilə.

Olmaz İrəm bağında da şimşad o misldə,
Xilqət əkiz doğub onu fəsli-bahar ilə.

Vəd etsələr behiştə dəyişməm nigarımı,
Zahid , nihanı kim dəyişər aşikar ilə.

Olsam da eşq əsiri əgər öz nigarımın,
Şadəm, Qəni, əsir oluram ixtiyar ilə. Ardı »

Qezeller"Qeys, cox dad etmə ki, Məcnun edib Leyla məni"

Qeys, cox dad etmə ki, Məcnun edib Leyla məni
Bir mənim bax halimə gör neynəyib sevda məni.

Sən yenə səhrada tapdin bir təsəlli qəlbivə
Qisqanir mən sevdiyim cananima səhra məni.

Sən cirib atdin libasin, ey özündən bixəbər
Aşiqin göz yaşina batsin gərəkdir daməni.

Kimdi Məcnun mən olan yerdə sənə canim fəda
Əhdə sadiq aşinan bil, ey mələksima, məni.

Ta sevəndən mən səni verdim bu dünyaya təlaq,
Zərrəcə indi düşündürmür fəna dünya məni.

Bu xərabə oylə yerdir yad edərsən yad edər,
Gər onu yad etməsəm yad eyləməz əsla məni.

Bir uşaq tənha otaqda qalsa neylər, cox güman
Aqlayib səslər anasin; qoymayin Ardı »

Qezeller"Göndərib lütflə, ey dil, mənə dilbər kağız"

Göndərib lütflə, ey dil, mənə dilbər kağız,
Könlümün zülmətini eyləyib ənvər kağız.

Şükri-lillah məni-biçarəyə lütfilə yazıb,
Sitəmindən usanıb şuxi-sitəmkər, kağız.

Gər, yazam yar cəfavü qəmin, itmam olmaz,
Filməsəl, ruyi-zəmin olsa sərasər kağız.

Düşsə gər aşiqü məşuq cahanda hicrə,
Bir-birindən olan, ey şux, çox istər kağız.

Yetməsə gər əlin ol daməninə cananın,
Ey könül, vallahı cananıma göndər kağız!

Əşk tökdükcə dəmadəm qaralar nuri-qələm,
Ah çəkdikcə, deyib bir-birə titrər kağız.

Müjdə, ey Zikriyi-biçarəvü avarə, sənə
Lütf üzüylə yazıb ol qaməti-ərər, kağız. Ardı »

Qezeller"Atlar"

Bir vadiyə gizlincə gəlib, gəzdi bu atlar,
Xoşbəxtdi – yüyənsizdi, yəhərsizdi bu atlar.

Bəhs ilə ki, cövlan eləyib, vəcdə gəlirdi,
Sandım, necə dərdsizdi, kədərsizdi bu atlar!

Qaçdıqca, küləklər yalı hey dalğaladırdı,
Vallahi, gözəllikdə qədərsizdi bu atlar!
Ardı »

Qezeller"Mən mayili-hüsnəm, mənə gülzar nə lazım?!"

Mən mayili-hüsnəm, mənə gülzar nə lazım?!
Təklifi-çəmən bir belə təkrar nə lazım?!

Tərğibi-vüsal eyləmə bixud mənə, ey məh,
Müştaqi-fəraqəm, mənə didar nə lazım?!

Aşiq deyib öldürmə məni, çünki el içrə
Bu sirri-məhəbbət ola əfkar, nə lazım?!

“Bir şəm ki, həqdən yana heç badilə sönməz”,
Cəhl olma, əzizim, buna inkar nə lazım?!

Azar ilə, ey mah, sənə mehrim az olmaz,
İndi ki, az olmaz, daha azar nə lazım?!

Yol vermə səri-kuyuna, hər nakəsi olsun
Tovfi-hərəmi-qisməti-zəvvar, nə lazım?!

Üşşaqdən özgə, gözəlim, ol səri-kuya,
Hər bir vələdül-heyz ola zəvvar nə lazım?!

Əğyar gəzə Kəbəyi-kuyunda nə hacət,
Möhtaci-ğəmi-eşqin ola zar, nə lazım?!

Qəndabi-ləbin nuş qılan Ardı »

QezellerNe Deyim?

"Əliağa Vahid"
Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?
Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim? Ardı »