Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Hanı bir kimsə otursun, danışım dərdimdən " qəzəli

Hanı bir kimsə otursun, danışım dərdimdən,
Yaşıdım, düz bir ömürlük tanışım dərdimdən.

Bu beş-üç kəlmə söz ilə necə təsvir eləyim,
Göstərim mən nəsə bir şey, çalışım dərdimdən.

Danışır gözlərimin şəkli düşən pəncərələr,
Göz yaşımla sulanan tük balışım dərdimdən.

Arğacım, ilməm, ipim, kirgidim hətta dərddən,
Vurulub ömrdə hər bir naxışım dərdimdən.

Çox dərindir, dərin, əlbəttə, dərindən də dərin,
Odu bir dəm də açılmır qırışım dərdimdən.

Yandırır dərdim içimdən dözürəm sakitcə,
Danışır bircə bu məzlum baxışım dərdimdən.

Mənə axirdə qalan dərd olacaq, ey Yasin,
Hara getsəm də gərək bərk yapışım dərdimdən. Ardı »

Qezeller"Qələm"

Öz qələmdarından almış naümid görkəm qələm.
Dərdini ərz eyləməkdən qəddin etmiş xəm qələm.

Haqq kəlamın yazmaq üçün Tanrı bəxş etmiş mənə,
Xeyli zalım qarşısında sınmaz ən möhkəm qələm.

Vəsfi dildarın tükənməz,hətta Ondan yazmağa
Olsa dəryalar mürəkkəb,tüm ağaclar cəm qələm.

Mən qƏLəmdən əl götürsəm qəm qalar yalnız mənə,
Həm də mənsizkən çəkər yəqinki mən tək qəm qələm.

Ey deyən kəs Pərvizə get xidmətə,bilməzmisən?
Tutduğum əşya əlimdə həm silahdır,həm qələm. Ardı »

Qezeller"Sənsiz yaşamaq cövrü-cəfadan da betərmiş"

Sənsiz yaşamaq cövrü-cəfadan da betərmiş,
Sevmək səni hər səhvü xətadan da betərmiş.

Qoy mən bu günahlarla ölüm,eybi yox,onsuz,
Hicrin ki cəhənnəmdə cəzadan da betərmiş.

Bir anda könül mülkümü viran qoyan eşqin,
Dəhşətli fəlakət və qəzadan da betərmiş.

Var güclə yapışsam da,əlin çıxdı əlimdən,
Hicran küləyi badi-səbadan da betərmiş.

Eşq içrə səadət çox uzun ömr eləməzmiş,
Dünya deyilən mülki-fənadan da betərmiş.

Mən Məcnunu tarixdə son əfsanə sanırdım,
Halım o düşən dərdü-bəladan da betərmiş.

Loğman dedi,yalnız Fuadi yarı sağaldar,
Tək bir baxışın guya dəvadan da betərmish Ardı »

Qezeller"Ey bivəfa, qoyubsan əcəb qalə tək məni"

Ey bivəfa, qoyubsan əcəb qalə tək məni,
Hicran odun əhatə edib halətək məni.

Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür,
Etdin kəbab atəşi-cüvvalətək məni.

Allah rizası etməginən xar eşqdə,
Aşiqlər içrə dağlama sən lalətək məni.

Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən,
Eylə yəqin ki, yandıru səd salətək məni.

Nəvvabı zarü zərd edib oxşatdı qəmlərin
Divari-qəmdə nəqş olan əşkalətək məni. Ardı »

Qezeller"Məndə var kimi"

Eşqimiz daha eşqə bənzəməz, səndə yox kimi, məndə var kimi,
Canımın canı eşqə bağlıdır, çıxsa qan olar, qaldı xar kimi.

Can dilər canım zülmünə dözə, satmışam dəmi, vermişəm gözə,
Çox dedim, könül, baxmadın sözə, döy di başıva, çatda nar kimi.

Eşqimiz küsüb qalxdı göylərə, aldı ruhumu axdı göylərə,
Ahım atəşi çıxdı göylərə, yağdı könlümə, yağdı qar kimi.

Bir xəbər verin yar məkanına, bəlkə eşqini çəkdi yanına,
Aldı qəlbimi, hopdu canıma, girdi qanıma zəhrimar kimi.

Çərxi dönmüşün döndü gərdişi, düşdü yadına köhnə vərdişi,
Sıxdı canımı dərdimin dişi, çaldı hər gecə, çaldı mar kimi.

Yoxmu bir bilən kimdi Xalidə, mən deyim sizə qəmdi Ardı »

Qezeller"Arif çəkilən guşəyə qəmxanə deyirlər"

Arif çəkilən guşəyə qəmxanə deyirlər
Eş ilə yanan aşiqə pərvanə deyirlər.

Meyxana tamam başqadı gəl səhv başa düşmə
Hal əhli olan məclisə meyxanə deyirlər.

Vardır elə bir kəs ki sözü düz üzə söylər
Bizlərdə həmin insana divanə deyirlər.

Haqqdan dilərəm ki qoy ola düşmənə qismət
Bayquş ulayan məskənə viranə deyirlər.

Haqqdan aşağı gəl ki mələkdən uca varlıq
Dünyanın əzəl əşrəfi insanə deyirlər.

Bir söz dedi haqq aşiqi yaş sel kimi axdı
Gəlsin yenə haqq aşiqi meydanə deyirlər.

Xoş gün olanda bir dəfə ismim yada düşmür
Gəl dərd olanda hər dəfə Salmanə deyirlər.

Allah Süleyman Rüstəmə rəhmət eləsin pis nəzirə Ardı »

Qezeller" Bu xəstə canda qalıb iztirab çəkir dərdin " qəzəli

Bu xəstə canda qalıb iztirab çəkir dərdin,
Sığışmayır, sıxılır dərd, əzab çəkir dərdin.

Günüm də qarə üzüm tək yanında, zülm əzmiş,
Gözüm suyundan alıb ağ şərab çəkir dərdin.

Baxışlarımda çəkibdir böyük sual rəsmin,
Dilimdən indi əzabla cəvab çəkir dərdin.

Qırış-qırışdı qəmindən qarış-qarış qəddim,
Təmiz, saf eşqimə qəmdən niqab çəkir dərdin.

Dəribdir ömrümün axşam-səhər gülün-çiçəyin,
Özüyçün indi həvəslə gülab çəkir dərdin.

Günahların çoxalıb bəlkə, Yasin, hirsindən,
Durub gəlib oturub haqq-hesab çəkir dərdin?. Ardı »

Qezeller" Şövkətin xeyli zamandır oxudulmur valı da " qəzəli

Qaralıb sanki evin, ay ata, sənsiz alı da,
Qaralıb sanki böyük evdə döşənmiş xalı da.

Köhnə radyomuz həmən pəncərədə, toz basmış,
Şövkətin xeyli zamandır oxudulmur valı da.

Yerli-yersiz özümüzdən çıxırıq son vaxtlar,
Çoxalıbdır bu evin söhbəti, qiylü qalı da.

Elə bil ki, bu evin bəxtinə it asqırmış,
Gərçi çoxdandı qoyulmur o itin heç yalı da.

Köhlənin indi təsəvvür belə etməzsən ki,
Yəhəri bir yana, üstündə deyil heç halı da.

Kimsənin ağlına gəlmir ki, çıxarsın atsın,
Daha biryol qapı üstündən asılmış nalı da.

Bir işə yatmır o vaxtdan əlimiz, sən yoxsan,
Yox olub çil toyuğun taxçadan hətta falı da.

Ağlamaqdan nənəmin gözləri Ardı »