Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Mənim " qəzəli

Səcdə etməkdir o şuxə əvvəl ayinim mənim,
Sən deyən əfsanədir, zahid, budur dinim mənim.

Yox qərarım, getmiş əldən ixtiyarım, neyləyim,
O gedəndən qalmayıb bir zərrə təmkinim mənim.

Yoxdu dözməkdən səva hicranə bir yol, ey könül,
Vəslə ümmiddir hələ könlümdə təskinim mənim.

Əl çəkib yar höccətindən aşiqə rəhm eyləyər,
Aqibət bir gün gələr, var böylə təxminim mənim.

Gərçi dildən düşmüşəm, yad eyləmir bir dəm məni,
Bir şirin dilnən neçin ol lə'li-şirinim mənim.

Nazını tərk eyləməz, qılmaz güzər, etməz nəzər,
Harda düşmüş natəvan biçarə miskinim mənim.

Mən öləndən sonra bəlkə lütf edib qoysun qədəm,
Qəbrim üstə başlasın avazla Yasinim mənim. Ardı »

Qezeller"Raziyam"

BISMILLAHIR RƏHMANİR RƏHİM
Xəlq edib verdin mənə məxsusi görkam raziyam
Rəbbisən aləmlərin səndən min aləm raziyam

Zərrə idim əhdi-peyman baqladiq xəlq eylədin
Qulluqumda hər zaman qəddim ola xəm raziyam

Cismi səndən,can da səndən, ixtiyar səndədisə
Mən kiməm ki,gəlsə səndən hər nə var qəm raziyam.

Sən verən hər dərdi-qəm baldan şirindir aşiqə
Istiyirsən ver ya vermə dərdə məlhəm raziyam.

Mən olum bir körpü kecsin hami məndən Cannatə
Sonda man olsam da tək əhli Cəhənnəm raziyam.

Coxlarin həmraz edib salmiş bu dünya sehrinə,
Göz baxar görməz görünməz mən onun həmraziyam.

Kaş gələydi ALLAHimdan bir səda məhşər günü
Elşəna mən sən kimi quldan dəma-dəm Ardı »

Qezeller"Adəm övladı bu dünyanı güzər etmədimi"

Adəm övladı bu dünyanı güzər etmədimi,
Özü-öz varlığına yoxsa nəzər etmədimi?

Xəlq edib faili-muxtar bəşər əhlin Xaliq,
Məgər öz istədiyin əhli-bəşər etmədimi?

Onun üçün olacaq ruzi-qiyamətdə hesab,
O günə şübhə edən dərdü kədər etmədimi?

İki yol var, biri Allah, biri şeytan yoludur,
Gedən Allah yolunu əldə səmər etmədimi?

Hər kəsin qiyməti cənnətdi dedi:-Mövlamız,
Kim ucuz satdı özün iştə zərər etmədimi?

İmtəhançün yaranıb dari-fəna insanə,
Kim bəqa sandı onu ömrün hədər etmədimi?

Elmü hikmətdə bütün gizli olan sirlərdən,
Əhli-Beyt aləmi agah məgər etmədimi?

Çatmamışdan əcəlin tövbəvü imanə tələs,
Tanrı rəhmin bizə ol anə qədər etmədimi?

Ey qəvimi, nə umursan bu fəna dünyadən,
Ardı »

QezellerŞərab ola mən olam,bir də nazlı dilbər ola

Şərab ola mən olam,bir də nazlı dilbər ola

Şərab ola mən olam,bir də nazlı dilbər ola,
Bir özgə aləmi vardır,əgər müyəssər ola.

Səfayi-məçlisi-mey min behiştdən artıqdır,
Bir əldə gül tuta çanan,bir əldə sagər ola.

Olanda məst zülfün nigar.nəş'əsi var,
Ümumə zövg verə bəzmi-mey,müəttər ola.

Büsatı-badədə hal əhlinin fədası olum,
Şərabı qal ilə icməəgər peyəmbər ola.

Əsiri-zülfünəm, ey şux, gəl açıqlanma,
Əsirə hörmət edərlər, əgərci kafər ola.

Nə Leyli sən kimi olmuş, nə mən kimi Məçnun,
Nə karədir gəlib onlar bizə bərabər ola?

Görəndə, Vahid,üzün yarımın əsir könlüm,
Nə növ'i sakit olur od olsa, səməndər ola?! Ardı »

Qezeller" Başıma " qəzəli

Düşdü heç gözləmədən bir dəli sevda başıma,
Gəldi heç bilmədim hardan belə xülya başıma.

Bunu bir mən bilirəm, bir də məni xəlq eləyən,
Nə müsibət gətirib bir büti-ziba başıma.

Aparıb əqlimi başdan o pəriçöhrə gedib,
Bu səbəbdən də gəlir daima qovğa başıma.

Salaraq yadıma gül ləblərini sübhə kimi,
Çəkirəm mən nə qədər badeyi-səhba başıma.

Mən hara eşqdə Məcnun hara, eşq əhli bilir,
And içərdi məni görsəydi o Leyla başıma.

Neçə müddətdi qəzəllər yazıram indiyədək,
Gəlməyib yarıma layiq hələ misra başıma.

Qoyma dövrəndə o əğyarı dolansın, gözəlim,
Fırlanır görcək onu cümleyi-dünya başıma.

Bəndədən hay verən olmaz mənə, Yasin, bilirəm,
Çarə gər qılsa Ardı »

Qezeller"Ürək"

Vardır başında yoxsa yenə bir həva ürək,
Yoxdur qərarı bir nəfəs, eylər nəva ürək.

Öz rə’yim ilə cövrünə mən vermişəm könül,
Verməzdi kimsə zalimə məndən səva ürək.

Düşcək ürək ayağına rəşk öldürür məni,
Ey kaş, olaydı zülfün ucundan cüda ürək.

Xəncər çəkib kimin qanına təşnəsən yenə,
Qan oldu intizar ilə çox binəva ürək.

Gülzarı etdi gör ki, Bəharın gözündə xar,
Yadınla düşdü ta qəfəsə mübtəla ürək. Ardı »

Qezeller" Sən Allahın kömək et bir qərib gəlib qapına " qəzəli

Sən Allahın kömək et bir qərib gəlib qapına,
Ayaqyalın, başaçıq, müztərib gəlib qapına.

Bir ayrı meyvəsi yox, qəmdir eşqinin bəhəri,
Ki, gəlməsin deyə paysız dərib gəlib qapına.

Bu mülki-aləmə hey qaynayan qanın, qadasın,
Onun o çal başına əndərib gəlib qapına.

Açıb könül qapısın tez burax bu bədbəxti,
Nə yığdı fani həyatdan verib gəlib qapına.

Bu çarəsiz nəyə layiqdi ver ki, öncədən o,
Əməldən elçilərin göndərib gəlib qapına.

Ümidlərin yuyub öz göz yaşında əvvəlcə,
Kərəm və lütf ipi üstdən sərib gəlib qapına.

Düşünmə yolçudur ünvanı səhv salıb, Yasin,
Vüsal yolun ona haqq göstərib gəlib qapına. Ardı »

Qezeller" Hər bülbülün öz gülşəni, gülzarı sağ olsun " qəzəli

Hər bülbülün öz gülşəni, gülzarı sağ olsun,
Hər aşiqin öz istədiyi yarı sağ olsun.

Dünya evi bir ülvi məhəbbətlə tikilmiş,
Dünya evinin ustası, memarı sağ olsun.

Aşiqdisə kim, dözməlidir cövrü cəfayə,
Hər aşiqin öz yari-cəfakarı sağ olsun.

Aşiq deyil öz əhdini yaddan çıxaranlar,
Aşiqlər ara pozmayan ilqarı sağ olsun.

Hicr ilə döyüşlərdədir eşq əhli həmişə
Məcnun kimi sərkərdəsi, sərdarı sağ olsun.

Min rəhmət ölən qövmünə hər kim ki, demişdi,
Yasin ölür-ölsün, təki dildarı sağ olsun. Ardı »