Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QezellerMnoqo Qezele

Много, наверное, почитателей творчества самого неповторимого гения газелей. Потому не плохо было бы изложиться каждому в меру своих любимых.
Не исключаю и то, что тема была до меня, но эта особенная


Билмям бу назянин кимин истякли йарыдыр?
Йа хансы бяхтийарларын бяхтийарыдыр!

Ачдыгджа гюл джамалыны, еллер фяряхлянир,
Гюя гёзяллик аляминин новбахарыдыр.

Дюнйа бу назянин мелейин хясрятин чякир,
Хялгин севимли афяти, хям шяхрийарыдыр.

Йюз дяфя йансаг да ешг одуна, горху билмярик,
Чюнки диярымыз бизим Одлар диярыдыр.

Бир вахт седждегах иди атяшпярястляря
Шехри-Сяба ки, мяркязи дярйа кянарыдыр.

Ганн етмя, саги, багрымызы, бадя тез гятир,
Долдур гядяхляри, геджямиз кечди, йарыдыр.

Хяр Ким дейирся, севмя бу ряна гёзялляри,
Билмир ки, севги Алями биихтийаридир.

Бир гюн гяляр ки, мян гедярям, хялг Ardı »

QezellerRecaibet xatiresi

Ulduz sayaraq gozlemisem her gece yari
Gec gelmededir yar,yene olmus gece yari.
Gozler asili,yox ne qaralti,ne de bir ses
Batmis qulagim,gor ne dusurmekdedi dari.
Bir qus,ayigan,soyl eyerek gahdan iyilder
Gahdan da onu da yel diye lay lay hus apari.
Yatmis hami,bir Allah oyaqdir,daha bir men
Menden asagi kimse yox,ondan da yuxari.
Qorxum budu yar gelmeye birden yarila
subh
Bagrim yarilar,subhum! acilma seni tanri.
Dan ulduzu ister cixa goz yalvari cixma
O cixmasa da ulduzumun yoxdu cixari.
Gelmezz taniram indi agarar subh
QAs bele agardiqca daha bas da agari.
Esqin ki qerarinda vefa olmaycaqmis
Bilmem ki tebiet niye qoymus bu qerari.
Sanki xoruzun son bani xencerdi soxuldu
Sinemde urek varsa kesib qirdi damari.
Risxendle qircandi seher soyledi.durma
Can qorxusu var esqin,uduzdun bu Ardı »

Qezeller" Görər görməz " qəzəli

Görən bu eşqdə könlüm səfa görər görməz,
Bu dərdi-eşqinə bir gün dəva görər görməz.

Sitəmdi gördüyü daim bu bivəfa yardan,
Nəhayət, allah, o güldən vəfa görər görməz.

Çəkir bu ayrılığın möhnətin, qəmin, zülmün,
Bir ağ gün aşiqə canan rəva gorər görməz.

Mənəm dözən bu qədər dərdə qeyri bir kimsə,
Qaçar, dalınca da baxmaz cəfa görər-görməz.

Düşəndən eşqə gecəm-gündüzüm bilinmir heç,
Çətin zəmanə bu cür mübtəla görər, görməz.

Qərinələrdi fələk dövr edir görən, yarəbb,
Fəzadə bəxti mənim tək qəra görər, görməz.

Bu Yasinin ürəyin dərdə kökləyən dilbər
Rəva həva o nəvadən səva görər, görməz. Ardı »

Qezeller"Pərvanə kimi yandı könül narə desinlər"

Pərvanə kimi yandı könül narə desinlər,
Bülbül qəmini güldən ötür xarə desinlər.

Göz yaşı töküb sübhə kimi eylərəm əfğan,
Dil yarələnib, yarələrim yarə desinlər.

Çeşmi-siyəhin yarələri yarə görünməz,
Müjgan oxunun yarəsinə çarə desinlər.

Gəl etmə cəfa, eylə vəfa ey qədi-rəna,
İnsaf deyil dərdimi əğyarə desinlər.

Dil yarə, könül qarə, qəmü dərdə nə çarə,
Dərd əhli bilər, dərdi xəbərdarə desinlər.

Məcnun kimi ögrəndi gözüm Leylidə qaldı,
Mənsur kimi çəkdi məni darə desinlər.

Həsrətdü gözüm sübhi görə, sübh açılmır,
Şəb zəhmətini ahilə biçarə desinlər.

Tədbiri-qəza sağ əlimə verdi əsanı,
Nədim məni-biçarə, günüm qarə desinlər.

Söndü gözümün şəmi, günüm qarə geyindi,
Mirzə, cigərin aləmə Ardı »

Qezeller"Nə meylim bağə, nə camü səbuyə ehtiyacım var"

Nə meylim bağə, nə camü səbuyə ehtiyacım var,
Cəmalın gülşənindən rəngü buyə ehtiyacım var.

Həvayi-zülf ilə dil mürği tərki-aşiyan etmiş,
Səbadən sormaq ilə cüstüçüyə ehtiyacım var.

Hədisi-ləblərin təvizi-can etmək dilər könlüm,
O zülfi-pürxəmindən tari-muyə ehtiyacım var.

Nikarım bivəfa oldu, fənadən qeyri yox çarəm,
Əlaci-dərd üçün ol tündxuyə ehtiyacım var.

Şəhidi-navəki-müjkanın olmaqçün kəfənləndim,
Könül qanilə təğsilü vüzuyə ehtiyacım var.

Rəhi-eşqində pamal olmadım, bietibar oldum,
Qübari-məqdəmindən abruyə ehtiyacım var.

Məni mən etmə, Naseh, gər qılam dilbər tamaşasın,
Nedim, hal əhliyəm, ruyi-nikuyə ehtiyacım var. Ardı »

Qezeller" Bir sən yoxsan " qəzəli

Yığışıb dərdi-sərim başıma, bir sən yoxsan,
Dönüb həsrət yenə sirdaşıma, bir sən yoxsan.

Mənə səndən danışan hər şeyi, ey sevgili yar,
Çəkmişəm doğma tək ağuşuma, bir sən yoxsan.

Gözüm əşk ilə dolub hey gecə-gündüz boşalır,
Acıyan çoxdu bu göz yaşıma, bir sən yoxsan.

Sənlə hər bir görüşün tarixi bir hadisə tək
Yazılıb tarixi yaddaşıma, bir sən yoxsan.

Gül deyirdim sənə mən, indi gülüm, gül nəfəsin
Elə bil ki, hopub üst-başıma, bir sən yoxsan.

Bir zaman tərk eləyib aləmi, Yasin, gedərəm,
Yazılar onda da baş daşıma: “bir sən yoxsan”. Ardı »

Qezeller" Kim görübdür belə bir afəti-ziba görəsən " qəzəli

Kim görübdür belə bir afəti-ziba görəsən,
Ləbi şəkkər, üzü gül, qaməti Tuba görəsən.

Sanki on dörd gecəlik aydı cəmalın, gözəlim,
Kim görüb bəs belə bir hüsni-təcəlla, görəsən.

Gecə-gündüz sənə çox dil tökürəm, yalvarıram
Verəcəkdirmi səmər bəs bu təmənna görəsən.

Qeysin əhvalatını yaxşı bilirdim mən axı,
Gəldi bəs əqlimə hardan belə xülya görəsən.

Hamı çoxdan yetişib sevgili dildarə, məni
Bəs nə vaxt şad edər Allah-Taala görəsən?

Kədəri Yasinə verdi, fərəhi özgələrə,
Niyə ya Rəbbi, dağılmır belə dünya görəsən? Ardı »

Qezeller"Bizlər"

Heç şəm ilə ram olmaz, pərvanələriz bizlər,
Zəncirə baş endirməz, divanələriz bizlər.

Dünya ilə surətdə var ülfətimiz, əmma
Mə’nidə bu aləmdən biganələriz bizlər.

Seylabi-həvadisdən neylər bizə gərdun kim,
Tufani-kəşakəşdən viranələriz bizlər.

Hərgiz səsimiz çıxmaz, heç kim dilimiz bilməz,
Hərçənd ki, dillərdə əfsanələriz bizlər.

Yox taqətimiz, əmma fariğ degilik, Qövsi,
Ol mah büti-Çindir, bütxanələriz bizlər. Ardı »