Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Gəlməz"

Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,
Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?

Nə qılım, edim nə çarə o nigari-nazəninə,
Boyanıb cahan sözündən, özü bir əyanə gəlməz.

Başına dönüm, dolanım, o boyun bəlasın alım,
Niyə türki-çeşmi-məstin oxu bu nişanə gəlməz?

Döşənib əbir zülfün nə xub al yanağın üzrə,
Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz?

Ləbi-ləli-ruhbəxşin gələ gər tərəhhüm üstə,
Dirilir bu xəstə, billah, demə kim, bu canə gəlməz.

Demə çox gözəldi Leyla, nəçidir uzun Züleyxa,
Belə dilbəri-füsunkar dəxi bu cahanə gəlməz.

Mən onun qadasın allam, mən onun fədası ollam,
O nədir ki, yoxdu sanı, o bu sözdü, Ardı »

Qezeller"Eşq içrə"

Könül,qaldım əcəb həsrət məhi-rüxsarə eşq içrə,
Qəmi-hicranla olmuş ruzigarım qarə eşq içrə.

Xəyalın eylədimsə yarımın hüsnün nə vaxt ey dil,
Bəla səhrasına düşdüm məni-avarə eşq içrə.

Vüsali-yarə yetməkçün əsiri-dərdəm,ey bidərd,
Diyari-dərdə kim düşsə ona yox çarə eşq içrə.

Əlacın ey təbib,axtarma bidərman olan dərdin,
Bu dünyadə tapılmaz bir dəva bimarə eşq içrə.

Dolanıb şəmdə yansam mənə eyb etməyin əsla,
İşi pərvanənin yanmaq olubdur narə eşq içrə.

Nigarım,gəl səfa bəxş et vüsalınla məni-zarə,
Kərəm qıl,binəva aşiq yetişsin yarə eşq içrə.

Xəlayiq içrə vardırmı Qəvimi,sən kimi aşiq,
Gözü yaşlı dəmadəm Xaliqə yalvarə eşq içrə. Ardı »

Qezeller"Ey dil, barı meyxanə sarı bir güzər eylə"

Ey dil, barı meyxanə sarı bir güzər eylə
Gör məstlərin haləti-vəcdin, nəzər eylə.

Gər istəyəsən dəhrdə sahibnəzər olmaq,
Xaki-dəri-meyxanəni, gəl külbəsər eylə.

Bir gül məni cövr ilə şəhid eylədi axir,
Bülbüllərə, ey badi-səba, get xəbər eylə.

Yan atəşi-hicranə, könül, çək bu bəlanı,
Bu eşqdən axir demədimmi həzər eylə?

Təsir eləməz ol büti-səngindilə naləm,
Ey ahi-səhər, gəl, barı sən bir əsər eylə.

Ahım küləyi yıxmadi bünyadını hicrin,
Ey seyli-sirişkim, sən özün bir hünər eylə.

Çıxmaz başa, yüz şərh edəsən zülfi-hədisin,
Bixud, bu uzun qissəni, gəl, müxtəsər eylə. Ardı »

Qezeller" Çox sağ ol " qəzəli

Aşiqini yad elədin, çox sağ ol
Gəldin onu şad elədin, çox sağ ol.

Gör necə bərbad idi könlüm evi
Sən onu abad elədin, çox sağ ol.

Qoy yetişim vəslə, dedim, sevgilim,
Lütf ilə imdad elədin, çox sağ ol.

Qəm məni salmışdı qəfəs küncünə,
Rəhm edib azad elədin, çox sağ ol.

Ahu-zar idi dilimin hər sözü,
Yaxşı ki, dilşad elədin, çox sağ ol.

Aşiqini xar edən əğyar evin,
Qəhr ilə bərbad elədin, çox sağ ol.

Vəsf eləyir şer ilə daim səni,
Yasini ustad elədin, çox sağ ol. Ardı »

Qezeller" Biz də " qəzəli

Rifahı naminə xalqın çalışmışıq biz də,
Yolunda yanmışıq, az çox alışmışıq biz də.

Bir an da qalmamışıq gendə milli davadan,
Bu xəlqə qaynayıb hər dəm qarışmışıq biz də.

Küsəndə başqaları biz də küsmüşük ondan,
Düşüb bu səhvi başa tez barışmışıq biz də.

Amansız olduğunu yaxşı bilmişik çərxin,
İşıqlı, nurlu sabahçun çalışmışıq biz də.

Bu millətin əzilib haqqı tapdananda susub
Dayanmayıb uca səslə danışmışıq biz də.

Yolunda haqq işinin arxalanmışıq həqqə,
Bir Allahın ətəyindən yapışmışıq biz də.

Vətən, yanırsa vətəndaş vətən olur, Yasin,
Bu cür alışmağa çoxdan alışmışıq biz də. Ardı »

Qezeller"Arizin göstər gülə gülşəndə həmralənməsin"

Arizin göstər gülə gülşəndə həmralənməsin
Qəddi-rəna qarşısında sərv balalənməsin.

Zülfi-mişkini-müsəlsəldə xəcil qıl sünbülü,
Çeşmi-məstin nərkisə göstər ki, şəhlalənməsin.

Mahi-nov kimdir günəş ruxsarın ilə bəhs edə?!
Bir kəsinti dırnağınla hiç qürralənməsin.

Çün könül məhbusdur zülfündə, gəl bir rəhm qıl,
Vurma əl zəncirə, zindan əhli qovğalənməsin.

Gər sənin eşqində Azər olsa rüsva, eybi yox,
Kuhkən Şirindən ötrü necə rüsvalənməsin? Ardı »

Qezeller"Şükrlilləh ki, könül oldu təcəlla dəlisi"

Şükrlilləh ki, könül oldu təcəlla dəlisi,
Genə yüz qoydu biyabənə bu Leyla dəlisi.

Qəllü qəlladəvü zəncirə məgər bənd olur,
Bir könül kim, ola bir zülfi-çəlipa dəlisi?

Ya məgər nərkisi-bostanə salır tərfi-nəzər,
Bir könul kim, ola bir gözləri şəhla dəlisi?

Eşqin adabını Fərhad ilə Məcnun nə bilir,
Birisi dağ ayısıdır, biri səhra dəlisi.

Dağ ilə bağ, gözüm, aşıq üçün yeksandır,
Hərə bir yanə gedir vahidü yekta dəlisi.

Əqlə gəl, vaizü zahid sözünə tutma qulaq,
Biri dünya dəlisidir, biri üqba dəlisi.

Aciz asari-rəhi-eşqə qədəm basmadı, heyf,
Bu sözü xəbt xəyal etdi o sevda dəlisi. Ardı »

Qezeller"Əfsus ki,aləmdə bir imdadə yetən yox"

Əfsus ki,aləmdə bir imdadə yetən yox,
Fəryad qılan çoxlu,vəli dadə yetən yox.

Tənha nə sənə kam müyəssər deyil,ey dil,
Məqsudi-muradına bu dünyadə yetən yox.

Hər rəhğüzəri-ömrdə min xofü xətər var,
Sərmənzili-məqsudinə azadə yetən yox.

Hər bir yetənə hali-dilin eyləmə izhar,
Çox çəkmə əbəs nalə ki,fəryadə yetən yox.

Xəlq içrə könül,gör nə yaman cənkü cədəl var,
Bir mətləbə bu şurişü qövqadə yetən yox.

Öz nəfinə eylər hərə bir mətləbi icad,
Bu məsələnin künhünə dünyada yetən yox.

Çox dadü fəqan etmə,Həsən,eyləmə fəryad,
Fəryadü fəqanü dili-naşadə yetən yox. Ardı »