Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Nə rəvadır bu qədər eşqdə üftadə olum"

Nə rəvadır bu qədər eşqdə üftadə olum,
Bivəfa yarə verib könlümü dildadə olum.

Cıxarıb qanə dönən kömlümü bu sinəmdən,
Ataram çöllərə ta eşqdə azadə olum.

Müxtəlif rənkü riya eşqdə çox gördüm, heyf
İstərəm tərki-küdurət eləyim, sadə olum.

Ey fələk, bunca nədir əhli-dilin azari,
Bir də indən belə hansı qəmə amadə olum.

Dutuban güşəyi-vüslət yeyərəm xuni-cigər,
Bəlkə bir ləhzə, Fəna, eşqdən azadə olum Ardı »

Qezeller" Qədrin bil " qəzəli

Vətəni sev başın üstündə damın qədrin bil,
Damın altındakı hər bir adamın qədrin bil.

Uşağa, qadına, ağsaqqala hörmət göstər,
Kəsdiyin duz-çörəyin, düz kəlamın qədrin bil.

Gördüyün hər nəfər insanla salamlaş bir-bir,
Verginən borcunu haqqın, salamın qədrin bil.

Hər şey aləmdə bir ustadın əlindən çıxdı,
Belə qüdrətlə qurulmuş nizamın qədrin bil.

Şaha hörmət eləməklə daha iş qurtarmır,
Təri üstündə ver haqqın qulamın qədrin bil.

Bir də, Yasin, çalış israfçılığa yol vermə,
Hər çöpün, hər dənənin, hər qramın qədrin bil. Ardı »

Qezeller"Cananıma derlər çoxunun qatilidir bu"

Cananıma derlər çoxunun qatilidir bu,
Ancaq mənə candan da əziz sevgilidir bu.

Gəl sorma nədən aşiqin həsrət belin əymiş,
Bax halına gör sərvi-qədin mailidir bu.

Çox etmə təəccüb gecə yandıqda çırağım,
Ahim odudur sanma ki,şəmin dilidir bu.

Gör bir neçə divanəni zəncirə çəkibdir,
Çün zülfi siyəh dilbərimin kakilidir bu.

Məna gözə görsənməsə surətdə nə eybi,
Ayinədəki surətinin daxilidir bu.

Cəhd eylə yetiş fülki-nicat içrə həyatə,
Ömr etmə zəlalətdə ölüm sahilidir bu.

Xoşhaldı Qəvimi,kim əgər yetsə fənayə,
Ariflərin əlbəttə ki,sərmənzilidir bu. Ardı »

QezellerMenden könül o nazli nigare dedin bes

Menden könül o nazli nigare dedin bes

Məndən, könül ,o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?

Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?

Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?

Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?

Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?

Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə,ne dedin bəs? Ardı »

Qezeller"Cahanda hər könül aşüftədir..."

Cahanda hər könül aşüftədir bir yar şövqündə,
Kimi iyman xəyalında, kimi zünnar şövqündə.

Kimi Sənan olub dil bağlamış zülfi-çəlipayə,
Kimi Məcnun olub bir Leylivəş dildar şövqündə.

Büsati-eşqdir aləm həqiqət baxsan övzaə,
Ənadil gül həvasında, səməndər nar şövqündə.

İki dildarə aşiqdir, çəməndə qumriyü bülbül,
Biri sərvin həvasında, biri gülzar şövqündə.

Zamanə əhli, adətdir, kimi kəsbi-həlal eylər,
Kimi kərkəssifət daim gəzər murdar şövqündə.

Cavanlar xoş səadətdir ki, qafil kəzməyib olsun
Gəhi-təhsili-elm ilə, gəhi əşar şövqündə.

Səadət mülkünün sərmayəsi təhsil olan bəzmin
Xəzani xəstəvü miskin həmişə var, şövqündə.
Mirmehdi Mirhaşımoğlu Xəzani Ardı »

Qezeller"Hüseynə ağla,adəti-əzadır ağlamaq bu gün"

Hüseynə ağla,adəti-əzadır ağlamaq bu gün,
Mühərrəm ayı ta yetib,səzadir ağlamaq bu gün.

Gecikmə,karivan gedir,qoşul Hüseynə sidq ilə,
Ol əhdə sadiq aşina,səfadır ağlamaq bu gün.

O,Kərbəladə zülm ilə şəhid olubdu təşnələb,
Qan ağlayaq ki,çeşmə bir ziyadır ağlamaq bu gün.

Başi bədəndən ayrılan yaralı cisminə fəda,
Bəla çölündə qan axır,rəvadır ağlamaq bu gün.

Bu gün şəhadəti-Hüseyn yazıldı qanlı xətt ilə,
Sirişki tök,fəğanı qıl,rizadır ağlamaq bu gün.

Nə tən edirsiniz bizə Yəhudi qövmi tək,məgər
Olub Hüseynin aşiqi xətadır ağlamaq bu gün?

Hüseyn müsibətində qoy çox axsın abi-çeşmimiz,
Qəvimi,qəlbi xəstəyə şəfadır ağlamaq bu gün. Ardı »

Qezeller" Yetmədi bir nəfər adəm bizim imdadımıza " qəzəli

Yetmədi bir nəfər adəm bizim imdadımıza,
Dost-tanışdan da hələ yoxdu çatan dadımıza.

Darə düşdükcə biz Allahı çağırdıq köməyə,
Xoş keçən vaxt ömür düşmədi heç yadımıza.

Zərrəcən yox imiş insafı pəriçöhrələrin,
Bir əlac etmədilər bu dili-naşadımıza.

Bir kiçik danəni üstün tuturuq cənnətdən,
Naxələf çıxdıq əzəl gündən öz ustadımıza.

Yerli-yersiz o qədər boş yerə əfqan elədik,
İnanan yoxdu dəxi naləvü fəryadımıza.

Gərçi xilqətdə əzəldən bizə bəxş oldu şərəf,
Amma ömr eyləmədik layiq ola adımıza.

Saldıq öz könlümüzə daima sərvət dərdin,
Olmadıq, Yasina, sahib dili-bərbadımıza. Ardı »

Qezellerİmadeddin Nesimi

Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari şirin laməkanım, mərhəba!

Çün ləbi cami-cəm oldu nəfxeyi-ruhulqudus,
Ey cəmilim, ey cəmalim, bəhru kanım, mərhəba!

Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!

Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

Gəldi yarım naz ilə, sordu, Nəsimi necəsən?
Mərhəba, xoş gəldin, ey xırda dəhanım, mərhəba! Ardı »