Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller" Çəksin gərək " qəzəli

Aşiqə məşuqdan ehsandı qəm çəksin gərək,
Vəslə yetməkçün müdam min dərd-ələm çəksin gərək.

Ya dözüb səbr eyləsin eşqində hər cür möhnətə,
Dərdü möhnət mənzilindən ya qədəm çəksin gərək*.

Ya gərək bir ruzi bilsin hicri aşiq eşqdə,
Ya ki, öz ümmidi üstündən qələm çəksin gərək.

Xoş günü Allah münasib bilməmiş aşiqlərə,
Naləni aşiq olan kəs dəmbədəm çəksin gərək.

Məqsədindən, Yasina, əl çəkmə çün bir qayda var,
Qəm yükün eşq içrə aşiq müntəzəm çəksin gərək. Ardı »

Qezeller" Qəşəngcə " qəzəli

Aşiq hanı mən tək ola dildarı qəşəngcə,
Həm hüsnü, həmi şiveyi-rəftarı qəşəngcə.

Güllər düzülər seyrinə gülzarə çıxanda,
Ağ, qırmızı, göy, mavi, yaşıl, sarı qəşəngcə.

Dinin dəyişər zahid əgər yarımı görsə,
Bağlar belinə rişteyi-zünnarı qəşəngcə.

Gördüm, dedin, ey dil, yenə dildarımı, söylə,
Seyr eyləyə bildinmi onu barı qəşəngcə?

Gülşəndə dünən söylədilər yarımı görcək,
Bülbül götürüb başına gülzarı qəşəngcə.

Şair hanı, siz ərz qılın, ey qələm əhli,
Yasin kimi olsun belə əşarı qəşəngcə. Ardı »

Qezeller" Oluram nalə ilə zar o gedəndən sonra " qəzəli

Oluram nalə ilə zar o gedəndən sonra,
Edirəm aləmi bizar o gedəndən sonra.

Qalmayıb zərrə qədər tabü təvanım hicrə,
Olub aləm başıma dar o gedəndən sonra.

Qatmışam göz yaşıma gözlərimin qarəsini,
Etmişəm günlərimi tar o gedəndən sonra.

Dağ çəkib sinəmə qəm xəncəri ilən bu fələk,
Yağdirib dağıma da qar o gedəndən sonra.

Yığışıb başıma həmdəmdi mənimlən sanki,
Nə qədər dərdi-sərim var o gedəndən sonra.

Görüb əhvalımı addımbaşı yüz tənə edir,
Mənə ehyam ilə əğyar o gedəndən sonra.

Gəl oxu Yasinə bir sureyi-Yasin, zahid,
Ölürəm hicrdə naçar o gedəndən sonra. Ardı »

Qezeller" Bizi " qəzəli

Günahımız nədi ki, ağladır zəmanə bizi,
Bu qədri qüssə, kədər, dərd alıb nişanə bizi.

Çoxaldı qayğılar eşqində günbəgün o gülün,
Gətirdi həsrəti bir dilbərin cəzanə bizi.

Sınaydı çərxi fələk zalımın bu yollarda,
Atıb tutur gözü çıxmış o yan bu yanə bizi.

Nə iş görüb, kimə pislik, yamanlıq etdik ki,
Qəm izləyir hara getsək daban dabanə bizi.

Biz indi gül kimi cənnətdə feyziyab idik,
Gətirməsəydi əgər cəddimiz cəhanə bizi.

Qulaqlar ardına vurduq sözün düzün çox vaxt,
Çətin xilas eliyə indi yüz bəhanə bizi.

Ümid də vermədi, Yasin, atıb fəraq oduna,
Bu nazlı dilbərimiz qoydu yanə yanə bizi. Ardı »

Qezellerİmadeddin Nesimi

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi – nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi – can etmək dilərsən, etməgil!

Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

Yandırırsan önlümü eşqində, məlum oldu kim,
Ani risvayi – cahan etmək dilərsən, etməgil!

Doğruyam eşqində oxtək, kipriyin tanıqdurur,
Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

Çünki eşqin məskənidir Ardı »

QezellerGel ki

Gel ki müştak olmuşam didarına,
Vermişem can zülf-i anberbarına,
Mahrem ettin çün meni esrarına,
Ey peri, gel çek meni bir darına.

Ey yüzünden zahir esma-i huda,
Şöyle ki, Kur’an’da dedi kulleha,
Ademi bil, andadır esrarha,
Can ile başın yolun kıl feda.

Aşk ile geldi cem-i enbiya,
Aşktır seyrü süluk-i evliya,
Aşk ile yola girerler biriya,
Aşk ile vasıl olurlar tanrıya

Al elinden atını yaban at,
Hakperest ol, hakkı tanı, olma at.
Dünyanın devrinde yoktur çün sebat,
Atını kaçırma ruhdan, olma mat.

Gelmişem kalubeliden meyperest,
Aşikem, metsem, veli mest-i elest.
Ey gözün sevdalarından fitne mest,
Sünbülün her taresi me’nide şest.

Canımın cananesi Ardı »

Qezeller"Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban"

Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,
Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.

Əcəb xali, əcəb hindu, əcəb dəndan, əcəb lölə,
Əcəb gagil, əcəb əbru, əcəb qövsü, əcəb müjgan.

Əcəb ləlü əcəb kövhər, əcəb saqi, əcəb kövsər,
Əcəb hüsnü, əcəb zivər, əcəb hürü, əcəb qilman.

Əcəb şuxü, əcəb surət, əcəb zibü, əcəb zinət,
Əcəb mahu, əcəb tələt, əcəb Jusif, əcəb Kənan.

Əcəb lalə, əcəb gülşən, əcəb dilcu, əcəb əhsən,
Əcəb nərgis, əcəb süsən, əcəb qönçə, əcəb xəndan.

Əcəb zülfü, əcəb sünbül, əcəb xalü, əcəb filfil,
Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoşxan.

Əcəb eşqü, əcəb sevda, əcəb Ardı »

Qezeller" Bu son gedişlə son ümmidi basdırıb getdin " qəzəli

Bu son gedişlə son ümmidi basdırıb getdin,
Cənabi-dərdə nəyim vardı tapşırıb getdin.

Gedəndə hökm ilə hicranə göstəriş verdin,
Bu bəxti, taleyi bir tükdən asdırıb getdin.

Səninlə biz nə qədər söz danışdıq, ay zalım,
Nə xeyri, axir ümid tellərin qırıb getdin.

Çıxıb gedəndə vidalaşmadın, qaçan vaxtın
Tutub çəkib yaxasından dayandırıb getdin.

Çətin ki, bir də görüşsün bizim baxışlarımız,
Dalınca körpüləri çünki yandırıb getdin.

Qanım dolunca tökülmüş könül piyaləsini,
Soyuq, bir özgə baxışlarla sındırıb getdin.

Qəribə taleyi var Yasinin, ömür kitabın
Oxunmamış götürüb tez-bazar cırıb getdin. Ardı »