Maraqli Hekayeler → Səfəvi səfillər
Məktəb vaxtı ilk yol “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Nə qədər qəribə görünsə də, dilimin dolaşmasına səbəb Viktor Hüqonun “Səfillər” romanıydı. Bu o vaxtlar idi ki, evdə hara baxsan atamın sevimli kitabına rast gələrdin, qalın, ağır üçcildliyi hər yanda görərdin; çarpayı üstündə, divan başında, kitab rəfində.
Güntay Gəncalpın “Səfəvilər” kitabını oxuyanda uşaqlıq çağın həmin çaşması yadıma düşdü. “Səfəvilər” – “Səfillər”! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma...
Gəncalpın birmənalı qarşılanmayan kitabı... haqqında çoxsaylı yazı, mülahizə, rəy oxuyandan sonra gəlib çıxdı, sağ olsun göndərən dostlar. Müxtəlif şərh bolluğunda itib-batmamağın tək yolu kitabın özünü oxumaq idi. Mən də Ardı »