Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerAncaq və ancaq körpəm üçün

Avstraliyada o günə qədər görünməmiş bir quraqlıq başlamışdı. Meşədə yaşayan heyvanlar susuzluqdan ölürdülər. Heyvanlar arasında su tapmaq üçün kəndlərə “üz tutanlar” da var idi. Halbuki, kəndlərdə yaşayanların vəziyyəti onlardan yaxşı deyildi. İnəklər və qoyunlar susuzluqdan zəif düşmüşdülər. Onlar da meşədəki heyvanlar kimi ölümə məhkum idilər. Kəndlilər isə əllərində qalan su ilə həm özlərini, həm də heyvanlarını xilas etməyə çalışırdılar. Ona görə də bu qiymətli sərvəti meşə heyvanları ilə “bölüşmək” niyyətində deyildilər. Hətta bəzi kəndlilər əllərində tüfəng su anbarlarının yanında keşik çəkirdilər...
susuz qalmış kenquruBelə quraqlıq günlərindən birində əlində silah keşik çəkən bir kəndli kolluqların arasından bir səs eşitdi. Kəndli: “Bu, yəqin ki, Ardı »

Maraqli HekayelerƏmanət saxlamaq haqqında

Belə eşitmişəm ki,bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir:"Mənimlə hamama getmək istəyirsənmi?" Yoldaşı deyir:"Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm,lakin hamama gedə bilmərəm,işim var". Hamamın yaxınlığına qədər bir yerdə gedirlər.Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb,başqa tərəfə gedir.Təsadüfən,bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün hamama gedirmiş.
oğru,Birdən kişi geri baxır,oğrunu görür,lakin hələ ala-qaranlıq olduğundan onu dostu təsəvvür edir,qurşağından dəsmala bağlanmış yüz dinarı çıxardır,həmən oğruya verir və deyir:"Al qardaş,bu əmanətdir,al,mən hamamdan çıxandan sonra qaytararsan".Oğru qızılı alır,kişi hamamdan çıxana qədər heç yerə getməyib,orada gözləyir.Oğru onu çağırıb deyir:"Ey cavanmərd,qızılını geri al,sonra get,sənin əmanətin üzündən Ardı »

Maraqli HekayelerBağışlamaq və sevmək

Bir gün bir adam qatarla səyahət edirdi. Adam bir gəncin yanında oturmuşdu. Ancaq gənc, çox narahat idi. Bir qədər söhbətdən sonra gənc neçə illər həbsdə olduğunu və həbsdən yeni çıxdığını dedi. Buna səbəb isə, gəncin illər əvvəl çox pis bir hərəkət etməsi idi. Üstəlik, onun bu hərəkəti ailəsinə də çox pis təsir etmişdi. Hətta, o qədər pis təsir etmişdi ki, nə biri bir görüşə gəlmiş, nə də biri bir məktub yazmışdı. Ancaq gənc, hələ də, ailəsinn yoxsul olduqları üçün görüşə gəlmədiklərini, savadsız olduqları üçün məktub yazmadıqlarını düşünürdü. Çünki nə qədər pis hərəkət etmiş olursa-olsun, ailəsi, yəqin ki, onu çoxdan bağışlamışdı. Buna Ardı »

Maraqli HekayelerXoşbəxtsən!

Bir kasıb uzaq bir səfərə çıxmalı olur. Ayağında ayaqqabısı, başında papağı olmadığı üçün bu səfər zamanı çox əziyyət çəkir, ayaqlarını daşlar əzir, başını gün yandırır. Bir dəfə oturub düşünür və özünü möhkəm qınayır, deyir ki, sənin tay-tuşların dəvə karvanları ilə yola çıxırlar, sən isə ayağına geyməyə ayaqqabı da tapmırsan. Bu yaşa qədər gəlmisən, qarındolusu çörək yediyini də xatırlamırsan.

Bəli, bu kasıb özünü xeyli qınayandan, danlayandan sonra durub yoluna davam edir. Gəlib bir kəndə yetişir. Baxır ki, yolun kənarındakı iri bir daşın üstündə təxminən onunla yaşıd bir adam oturub. Yolçu diqqət edib görür ki, meh əsdikcə həmin adamın şalvarının balaqları havada oynayır. Baxır Ardı »

Maraqli HekayelerOtağın əvvəlki sahibi

Aprel ayı idi. Amerikanın uzaq bir qəsəbəsinin uzaq bir otelində otaq tutmuşdum.
Otağa girəndə pəncərənin kömür anbarına açıldığını gördüm. Deməli, hər gün pəncərəni açacaq və hər dəfə kömür anbarını görəcəkdim. Bunları düşünürdüm ki, birdən gözümə pəncərənin yanındakı masa dəydi. Masanın üzərində bir vaza, vazanın içərisində isə bir dəstə qızılgül var idi. Yanında isə üzərində nə isə yazılmış bir kağız qoyulmuşdu.

Kağızda bu sözlər yazılmışdı: “Ora baxmaq əvəzinə, bura bax! İmza: Otağın əvvəlki sahibi!..” Birdən sanki qaranlıq bir yerdən çıxıb işıqlı bir yerə düşdüm. O qədər xoşbəxt idim ki, hətta o bir həftənin belə necə keçdiyini bilmədim. Həftənin axırında isə qızılgüllərin əvəzinə Ardı »

Maraqli HekayelerSöyüdlü Arx... 2-ci Bölüm

.......Men onun sesini ewidib, ay iwiginda weve kimi parlayan iri, qara gozlerini gorerken diksindim: " Ax, leytnant.... Menim cavan leytnantim, sen hardan gelib cixdin? Yoxsa bu, yuxudu? " O, motosiklin dayagini salib, Ardı »

Maraqli HekayelerYetim süfrəsi

Gənc adam, bir əczaxanada şagird olaraq işə girmiş, şirin dili və çalışqanlığıyla qısa müddətdə hötmət qazanmışdı. İstənən dərmanları sürətlə hazırlayarkən, bir tərəfdən də müştəriylə söhbət edərdi. Gələnlər həmişə kefsiz insanlar idi. Lakin şagird mütləq bir ortaq nöqtə tapır və onlarla yoldaşlıq qururdu. Orta yaşlı bir xanım olan əczaçı, şagirdindən çox razı idi. Buna görə də aylığına əlavə artım edirdi.
Gənc adam, edilən bu artımları qeyri-kafi qəbul etdiyi üçün ən bahalı dərmanlardan gizlicə götürməyə başladı. Bunları əl altından satarsa, kasıblıqdan yavaş-yavaş xilas olacaqdı.
Şagirdin kasıb evlərlə əhatəli olan evi, çox keçmədən dəyişməyə başladı. Bir sıra təmir və əlavələrdən sonra təpədən dırnağa rənglənilən ev, damına Ardı »

Maraqli HekayelerIbretamiz Hekaye

Gözləri kor,ayaqları şikəst bir kişi yol
kənarındakı ağacın kölgəsində əllərini
açmış,görməyən gözlərini bir nöqtəyə
dikərək dua edirdi: - Ey bir çox zənginə
vermədiyi nemətləri mənə verən
Rəbbim, yarpaqların, ulduzların sayı qədər Sənə şükrlər olsun! Bu vaxt
buradan keçən İsa peyğəmbər
(aleyhissəlam) kişinin bu duasını
eşidərək ayaq saxlayır və ona
yaxınlaşıb buyurur: - Ey Allahın qulu,
sənin üzərində nə nemətlər vardır ki, bir çox zənginə vermədiyi neməti mənə
verən Rəbbim, deyə dua edirsən? Dua
edən görməyən gözləri ilə səs gələn
tərəfə yönəlir və cavab verir: - Rəbbim
mənə elə bir qəlb vermişdir ki, o qəlb ilə
Onu tanıyıram. Elə bir dil vermişdir ki o dillə də Ona şükr edirəm. Onu
tanımaqdan daha üstün nemət, Ona
şükr etməkdən daha böyük Ardı »