Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerXeyanet Qoxusu ....(dedektiv)

Iblis nədir? Cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir? – İblis!
Hüseyn Cavid
Buradan getdiyi cəmi bir il idi. Amma nə böyük dəyişiklik yaranmışdı. Gözəl qoyub getdiyi şəhər bir az da gözəlləşmişdi. Cəmi bir ilin içərisində onlarla bina, obyektlər artmışdı. Hələ təzə park, yaşıllıqlar... Bu dəyişiklikləri hiss etsə də, fikri dağınıq idi. Görəsən Aytac haqqında deyilənlər doğrudur? Görəsən?... Yox! Heç cür inanmaq istəmirdi. Aytac heç vaxt belə hərəkət edə bilməz. Axı onlar bir-birini sevirlər, işləri qaydaya salandan sonra nişanlanacaqlar. Sonra da toy edəcəklər. Anasının arzuladığı kimi - evə duvaqlı gəlin gətirəcək Ardı »

Maraqli HekayelerDaedalus və İkarus əfsanəsi

Yunan əfsanələrindən biri olan Daedalus və İkarus, həll yolu tapmaq və müvəffəqiyyətin həzzindən ötəri, idarəni itirmək mövzusunda ilham verici bir əhvalatdır.

Daedalus və oğlu İkarus Girit Kralı Minos tərəfindən labirintə salınır. Daedalus bu zindandan çıxmaq üçün qartalların uçuşlarını izləyər və müxtəlif quşların tüklərini yığaraq, bunları bal mumu ilə yapışdıraraq özünə və oğluna qanad düzəldir. İkarusa qanadlarını geyindirərkən "Çox yüksəyə uçsan bal mumu əriyər, qanadlarını çox açsan dənizin nəmini əmər; uçarkən orta səviyyədə qal və məni təqib et."- deyə nəsihət verdi.

Girit adasından Sicilya'ya doğru uçarkən İkarus uçuşun zövqündən sanki ovsunlanar və yüksəyə qalxar. Qanadlarındakı bal mumunun əriməsiylə dənizə düşərək həyatını itirər.

«Quru və Ardı »

Maraqli HekayelerYarəb, Mənim Günahımı Bağışla..

Yarəb, mənim günahımı bağışla.. Günahlar içində boğuldum, batdım,
Əlimi duayla sənə uzatdım.
Heyif ömrümü bihudə qocaltdım,
Yarəb, mənim, günahımı bağışla. Əllərimdə min açarsız kilidim,
Səni tapanda anladım, kim idim.
Sənin mərhəmətin, mənim ümidim,
Yarəb, mənim, günahımı bağışla. Sən ki, bizə özümüzdən yaxınsan,
Sənin əllərində hər müşkül asan.
Biz yaratdığın, sənsə yaradansan,
Yarəb, mənim, günahımı bağışla. Rəhmət yağmuru tək ürəyimə dol,
Dərgahına çıxsın, getdim hər yol.
Sən özün, mənim nəfsimə hakim ol,
Yarəb, mənim, günahımı bağışla. Zaman su tək axdı, getdi bilmədim,
Üzümü haqq torpağına sürtmədim.
Bəlkə qismət olmadı, heç gəlmədim,
Yarəb, mənim, günahımı bağışla. Bədənim dil açar, bağlanar çənəm,
İcazəm olmaz Ardı »

Maraqli HekayelerKiçik bir dərs

- Atam gəldi. Uraa!!!
- Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm.
- Bəli, mən böyük kişiyəm artıq.Bu gün də beş dənə beş aldım.
- Nə gözəl. Afərin sənə. Həmişə belə davam elə. Söz verirsən?
- Başüstə, amma sən də velosiped alacağına söz ver.
- Söz, alacam. Qoy gedim əllərimi yuyum. Gələrəm söhbət edərik.
- Anam süfrəni açıb.
- Get, mən də gəlirəm. yaxşılıq edin ki,yaxşılıq görəsiniz- Hə de görüm günün necə keçdi?
- Ata bilirsən bu gün Vasiflə dalaşdıq. Birinci o başladı. Məni itələdi. Mən də yıxıldım, sonra durub onu vurdum.
- Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt.
- Ardı »

Maraqli HekayelerDüzgün olmayan tərbiyə, ananın səhvi yoxsa... yalnızlıq?

Artıq çox qocalmışdı. Səhhəti də yaman pozulmuşdu.Qabırğası yaman ağradırdı. O uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür , ele hey düşünürdü. Bu yaşa gəlmiş , amma necə gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75 il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda yadına çox az şeylər gəlirdi, onları toplayıb bir araya gətirəndə , yadında olduğu günləri toplayanda heç 5 il də eləmirdi. Yoxsa , mənasız bir ömürmü sürmüşdü? Hər halda, bunları düşümək heç bir şey Ardı »

Maraqli HekayelerSəfəvi səfillər

Məktəb vaxtı ilk yol “səfəvilər” sözünü “səfillər” kimi oxumuşdum. Nə qədər qəribə görünsə də, dilimin dolaşmasına səbəb Viktor Hüqonun “Səfillər” romanıydı. Bu o vaxtlar idi ki, evdə hara baxsan atamın sevimli kitabına rast gələrdin, qalın, ağır üçcildliyi hər yanda görərdin; çarpayı üstündə, divan başında, kitab rəfində.


Güntay Gəncalpın “Səfəvilər” kitabını oxuyanda uşaqlıq çağın həmin çaşması yadıma düşdü. “Səfəvilər” – “Səfillər”! Belədə tələffüzündə, hərf düzülüşündə yaxınlığı olan adi sözlərdi. Amma...

Gəncalpın birmənalı qarşılanmayan kitabı... haqqında çoxsaylı yazı, mülahizə, rəy oxuyandan sonra gəlib çıxdı, sağ olsun göndərən dostlar. Müxtəlif şərh bolluğunda itib-batmamağın tək yolu kitabın özünü oxumaq idi. Mən də Ardı »

Maraqli HekayelerQırx rahib və Mövlana

Əflatun kilsəsinin rahibi rəvayət edir:
- Bir gün biz 40 rahib sual vermək üçün Mövlananın yanına gedirdik. Onunla bazarda bir sobanın qarşısında qarşılaşdıq və sualımızı soruşduq:
- Quranda Məryəm surəsinin 71-ci ayəsində deyilir ki, içinizdən heç biriniz xaric olmamaq şərti ilə hamınız mütləq Cəhənnəmə girəcəksiniz. Bu, Allah qatında mütləq olaraq bir hökmdür. Bu ayəyə görə, istər mömin olsun, istər olmasın, hər kəs Cəhənnəmdən keçəcək, onda İslamın üstünlüyü necə bəlli olacaqdır?
Mövlana sualı belə cavablandırdı:
- Bəli! Ayədən bilindiyi kimi, hər kəs Cəhənnəmdən keçəcək. Ancaq möminlər Cəhənnəmə girdikləri zaman Cəhənnəm atəşi onları yandırmayacaq. Hətta Cəhənnəm atəşi möminlərə belə deyəcək:
- Ey mömin, tez keç! Nurun atəşimi söndürür!
Lakin Ardı »

Maraqli HekayelerHərkəs özüdür

— Sən kimsən?
+ Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm.

— Sən kimsən bəs?
+ Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı.

— Bəs sən kimsən?
+ Hərşeydən narazı ölkədən qaçmaq istəyən biri. Mən ancaq qınayıram. Mübarizə aparmağa gəldikdə isə yox. Mənlik deyil. Mən siyasətə qarışmıram.

— Bəs sən?
+ Mən yolda gördüyüm hər qıza söz atan «oğlan». Başqa yerdə namusdan dəm vururam, amma günümü Malakan bağında keçirdib öz aləmimdə «babniklik» edirəm.

+ Sən bəs?
+ Mən ərgən ateist. Çoxları belə oldu deyə məndə belə oldum. Nəm deyirlər guya cool olursan. Bilmirəm. Toyda kababdan basıb yeyirəm, amma sözdə heyvan haqqlarından Ardı »