Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədəfi görmək...

34 yaşlı Florens Çedvik La-Manş boğazını keçən ilk qadın üzgüçü idi. Ancaq onun başqa xəyalı da var idi: Katalina adasından Kaliforniya sahilinə qədər olan 21 millik məsafəni üzən ilk qadın üzgüçü olmaq. Ancaq bu heç də o qədər asan bir iş deyildi. Florence May Chadwickİlin ən isti günlərindən biri(1952-ci ilin 4 iyulu) olsa belə, Çedvikin üzəcəyi dənizin suyu insanın bədənini donduracaq qədər soyuq idi. Üstəlik, hava o qədər dumanlı idi ki, Çedvik onu müşayiət edən qayıqları çox çətinliklə seçə bilirdi. Bu yoldakı başqa bir təhlükə isə La-Manş boğazının məşhur köpək balıqları idi. Ancaq Çedvik soyuğa, dumana və köpək balıqalarına baxmayaraq, 15 mil üzdü. Onu müşayiət edən qayıqlardan birində Çedvikin anası və məşqcisi oturmuşdu. Hər ikisi durmadan nə isə deyir və onu ruhlandırmağa çalışırdı. Üstəlik, televizorun qarşısında oturub ona tamaşa edən milyonlarla insan da onun üçün dua edirdi. Sonra Çedvik 5 mil də üzdü. Artıq Kaliforniya sahilinə nə az, nə çox düz yarım mil qalmışdı. Ancaq qayıqlardakıların bütün cəhdlərinə baxmayaraq, Çedvik üzməkdən imtina etdi və Kaliforniya sahillərinə yarım mil qalmış onu sudan çıxarmalarını xahiş etdi. Daha sonra Florens Çedvik bu uğursuzluğunun səbəbini belə izah etdi: «O gün qatı bir duman var idi. Ətrafda demək olar ki, göz-gözü görmürdü. Birdən birə qollarım boşaldı. Halbuki sahildən xəbər verən bir əlamət, bir işarə hər şeyi dəyişə bilərdi»...

Bəli, onun qarşısını kəsən nə soyuq, nə duman, nə də köpək balıqları idi. Onun qarşısını kəsən qarşısındakı hədəfi görə bilməməsi idi. İki ay sonra Florens Çedvik bu cəhdini yenə təkrarladı. Halbuki soyuq yenə var idi, duman yenə var idi, köpək balıqları yenə var idi. Ancaq bu dəfə Florens bacardı. Çünki hər dəfə üzdükcə bütün bu dediklərinin arxasında bir sahilin olduğunu düşündü. Beləliklə, Florens Çedvik Katalina kanalını keçən ilk qadın üzgüçü oldu. Həm də kişi üzgüçülərin rekordunu 2 saat təzələyərək!..

P.S. "Ümidini itirmək, hər şeyini itirməkdir" (Uilyam Edvard Burqxardt Dubua)


Tarix: 03.12.2014 / 13:47 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqli Hekayeler
loading...