Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerQeybi bilən yalnız Allahdır.

Həzrəti Əli (r.a.) İslam ordusu ilə bərabər Ənbardan Nəhrəvandakı sakitliyi,dincliyi, pozan üsyankarlara qarşı səfərə çıxmaq ərəfəsində idi.Bu əsnada bir münəccim (ulduzları öyrənməklə məşğul olan adam) gəldi və dedi:
Ey müsəlmanların əmiri, yola indi çıxma.Axşam qaranlıq düşəndən üç saat sonra çıx.

Həzrəti Əli (r.a.) soruşdu:
Nə üçün?
Əgər indi yola çıxsan sənin və ordunun başına böyük fəlakət gələcək.Yox, əgər mənim dediyim vaxtda çıxsan, qələbə qazanacaqsan.
Bu sözlərdən sonra Həzrəti Əli (r.a.) dedi:
Peyğəmbər Əfəndimizin( s.ə.s.) münəccimi yox idi ki? Ondan sonra bizim də olmayacaq. Bu madyanın qarnından nə olduğunu bilirsən?
Təxminən bilirəm.
Sənin bu sözünü kim təsdiq edəcək? Quran bunu inkar edir. Qiyamətin nə Ardı »

Maraqli HekayelerNatamamlıq problemi

Yarımçıqlıq və natamamlıq. Sinonim sözlərdir. Müxtəlif mənalarda işlədə bilərik. Amma gəlin sırf insanın insanlığındakı natamamlığa diqqət yetirək. Niyə baş verir bu? Kökü nədədir?

Həqiqətən də düşündürücü suallardır. Məhz cəmiyyətimizdə çoxumuzda bu problem var. Kökü isə bir məsələdədir. Artıq və hazırlıqsız məsuliyyət götürməkdə. Bəli bu sualın cavabı budur. Yersiz yüklənmə, qaldıra bilməyəcəyimiz öhdəliyi götürmə. Yaxud da xeyri zərərindən az olan məsuliyyətə qatlanma.

Natamamlığımız valideynlik statusumuzda, ixtisasımıza yiyələnməkdə, ünsiyyətimizdə, yardımlaşmağımızda və s. situasiyalarda özünü göstərir.
Əfsus ki, bu problemə lazımi qədər əhəmiyyət verə bilmirik. Anlaya bilmirik ki, bu məsələni həll etsək, sıxıntılarımızın çoxu həll olacaq.

Məsələ ondadır ki, bizim plan və istəklərimiz çoxdur. Amma təhlilsiz. Təhlil zəif Ardı »

Maraqli HekayelerBəs sonra

Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:
“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı Ardı »

Maraqli HekayelerÜç əlamət

İmam Sadiq (ə) Loğman (ə) oğluna dedi: "Oğlum! Hər şeyin üç əlaməti vardır ki, onunla tanınar və sorular.
Dinin də üç əlaməti vardır: Elm, iman və ona (elminə) əməl etmək.
İmanın da üç əlaməti vardır: ALLAHA, Onun kitablarına və mələklərinə iman bəsləmək.
Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.
Möminin 3 əlaməti vardır: Namaz, Oruc, Zəkat.
Təkəllüfə (zəhmətə) salanın 3 əlaməti vardır: özündən böyüklə mübahisə edər, bilmədiyini danışar və bacara bilməyəcəyi işin dalınca düşər.
Zalımın 3 əlaməti vardır: Özündən böyüyə qarşı çıxmaqla, özündən aşağıya güc gəlməklə və zalımlara kömək etməklə zülm edər.
Münafiqin 3 əlaməti vardır: Dili ürəyi ilə, ürəyi əməli Ardı »

Maraqli Hekayelervirtual sevginin aci sonlugu(ardi)

neyleyeceyem? Söyledi... "Qiz
seni ilk ve son defe gördüm.
Ölsemde üreyim hesretle
yanmaz dedi". Qiz hem
bagiraraq, hem aglayaraq meni
qoyub getme deyirdi:
- Sevgilisi son nefesinde SENİ
COX SEVİREM meni UNUTMA
awkim dedi. Sevgilisi yerde can
verende, genc qizda sevgilisinin
bawi üzerinde çirpinirdi. Artiq
cox gec idi cox wey ücün.. Cünki
oglan ölümüwdü. Bes genc
qiz???- aglayaraq kecirdi qizin
günleri. Cox sevirdiler ve cox
sevgiler kimi bu sevginin
sonunda belece kederli oldu......
Belke bu genclerin arasina bir
niwanli qizin ahi girdi. Ne bilek
belkede qismet, alin yazisi bunu
teleb edir.. ALLAH SEVENLERİ
AYİRMASİN... Ardı »

Maraqli Hekayelerİsgəndərlə Çin hökmdarının görüşü

Böyük fateh İsgəndər Çin üzərinə qoşun çəkir. Qoşun ölkənin paytaxtının kənarında düşərgə salıb hücum əmri gözləməyə başlayır. Gecə şəhər tərəfdən bir nəfər yunanların düşərgəsinə gəlib deyir ki, mən Çin hökmdarından xəbər gətirmişəm, mütləq İsgəndərlə təklikdə görüşməliyəm. İsgəndər gələn elçi ilə çadırda tək qalanda elçi sifətindəki örtüyü açıb deyir: “Mən Çin imperatorunun özüyəm, səninlə danışıq aparmağa gəlmişəm. İstəyirəm mənim ölkəmə qoşun çəkməyinin səbəbini sənin özündən eşidim”.
İsgəndər heyrət içində soruşur: “Nədən mənimlə görüşə gəldin? Qorxmursan ki, səni tutub qətlə yetirərəm?” Çin hökmdarı gülümsəyib cavab verir: “Mən sənin çox ağıllı olduğunu eşitmişəm. Bilirəm ki, ağıllı hökmdar bu cür hərəkət etməz. Əvvəla, sən silahsız Ardı »

Maraqli HekayelerSeçim sənin

O, zərgər idi, necə deyərlər, əli qızıl kəsirdi. Dindirəndə deyirdi ki, şükür Allaha, çörək pulumu çıxarıram, hələ üstəlik, rayona, anamgilə də əl tuturam.

Hər dəfə onunla hal-əhval tutanda söhbətini “Şükür” kəlməsi ilə açardı. ”Açardı” ona görə dedim ki, indi o, öz sevimli peşəsi ilə məşğul deyil. Çünki Allah ona halal zəhmətlə pul qazanmağın yolunu göstərmişdi, lakin o, şükür etsə də, bir müddətdən sonra bu yoldan sapdı, daha doğrusu, yayındı, şeytana uydu. Bir zamanlar əli qızıl kəsən o zərgər içki aludəçisinə çevrilib, indi səfil-sərgərdan küçələrdə dolaşır, başı “dumanlananda” elə küçənin bir tərəfindəcə yıxılıb yatır...

Bəli, Allah insana halal zəhmətlə çörək qazanmağın yolunu göstərir, qədrini, Ardı »

Maraqli HekayelerƏn güclü kimdir?

Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.

Daşyonan taciri süzüb öz-özünə dedi: “Yəqin dünyada özünü ən güclü sayan adam varsa, o da bu tacirdir. Kaş mən də onun kimi güclü olaydım, bu qədər nökərim olaydı”. Ömrü boyu halal zəhmətlə dolanmış və halal çörək yemiş daşyonanın ürəyindən keçənlər Allaha əyan oldu. Allah-təala onun arzusunu yerinə yetirdi, bir an içində daşyonan kişi tacirə döndü. İndi onun saysız-hesabsız sərvəti, ölçüyəgəlməz pulu və hörməti vardı, özünü hamıdan qüvvətli hesab edirdi.

Bir müddət ötüb-keçdi. Bir gün Ardı »