Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerQara Geyimli Qatil 3.bolum

Gece saat 2-ni kechmishdi. Genish axarin zeif shiriltisi nezere alinmasa, etraf sukut ichinde idi. Ayin shuasi qaranliqlari qovub, geceni oz ishigina qerq etmishdi. Xefif serin kulek gecenin gozelliyini daha da artirirdi. Axarin oldugu uzun, sonu gorunmeyen genish chuxurun uzerinde, bir terefinden diger terefine kechmek uchun boyuk taxta korpu var idi. Korpunun altinda 2 nefer sessiz dayanmishdi. Onlardan biri bir qeder dolu bedenli, besteboy yashli adam idi. Yashi 50- ye yaxin, belke de 50-den chox olardi. Digeri ise, ezametli bedeni olan hundurboy biri idi. Eyninde qara rengli pencek ve shalvar, bashinda qara rengli shlayapa vardi. Uzunu qara rengli parchadan hazirlanmish maska ile Ardı »

Maraqli HekayelerAslanın üç tükü

Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.
Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı...
Qadın, bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və: “Mən sənə kömək edə bilərəm. Ancaq Ardı »

Maraqli HekayelerBir dirəyin macərası

19-cu əsrin ortalarında yaşayan Edvard Mott Robinsonun böyük bir balıqçı gəmisi donanması var idi. Ancaq Robinson təkcə donanması ilə yox, hiyləgərliyi və hərisliyi ilə də məşhur idi. Ancaq bir dəfə nə hiyləgərliyi, nə də hərisliyi onu xilas edə bilmədi...


“Meri L.” adlı balıqçı gəmisi iki illik səfərdən sonra Nyu Bedfor limanına qayıtmışdı. Robinson gəmi heyətinin maaşını verməzdən əvvəl gəmi dəftərini nəzərdən keçirməyə başladı. Bu vaxt “Meri L.” gəmisi səfərdə olanda Tommi adlı 15 yaşlı bir matrosun ana dirəyə adının və soyadının baş hərflərini yazdığını öyrəndi. Robinson qaşlarını çatdı və:

— Tommi, — dedi, — Duzlu su və hava bu yazdığın yerə girib Ardı »

Maraqli HekayelerBax eşq budur...!

Bir-birini çox sevən bir cüt trafik qəzası keçirirlər və yatalaq olarlar. Eyni otaqda qalırlar, oğlan pəncərə kənarında, sevgilisi isə divar kənarında yatır.
Oğlan pəncərədən baxıb çöldə olanları sevgilisinə izah etməklə sevgilisi isə dinləməklə zaman keçirdirlər. Oğlan sevgilisinə çöldə olanları dayanmadan danışırmış və oğlan bu şəkildə sevgilisini darıxmağa qoymurmuş. Əslində elə olduğunu sanır. Qız xəstəliyinin təsiri ilə heç bir şeydən xoşbəxt olmazmım. Oğlan çöldə olanları danışdıqca qız çölə baxmaq istəyirdi.
Bu sevgililərdən şok keçirərsə, təcili müdaxilə edilməlidir. Yoxsa xəstə orada öləcək, şok anında xəstəxanadakıları xəbərdar etmək üçün ikisinin də altında düymə var. Əgər biri şoka girərsə digəri düyməyə basaraq müdaxilə edilməsi üçün həkimləri çağıracaq.
Ardı »

Maraqli HekayelerXoşbəxtlik haqqında ballada

Bir dəfə yaşlı pişik balaca pişik balası ilə rastlaşdı. Pişik balası quyruğunu tutmağa cəhd edərək aramsız dövrə vururdu.

Yaşlı pişik dayandı və tamaşa etməyə başladı. Pişik balası isə hey quyruğunu tutmağa çalışır, arada bir yıxılır, sonra qalxaraq yenə quyruğunun dalınca qaçmağa başlayırdı.

— Sən niyə israrla quyruğunu tutmağa çaıışırsan? – yaşlı pişik soruşdu.

— Mənə dedilər ki, — balaca pişik cavab verdi — mənim quyruğum mənim xoşbəxtıiyimdir. Bax, ona görə də mən onu tutmağa çalışıram.

Yaşlı pişik gülümsəyərək — bu işi bircə yaşlı pişiklər edə bilər — dedi:

— Bir zamanlar mən də sənin kimi balaca olanda mənə dedilər ki, mənim xoşbəxtliyim də mənim quyrugumdadır. Ardı »

Maraqli HekayelerHəyati məsləhət

Hindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası mənasında “Ranqa Carya” adını vermişdilər. Ranqa incəsənət məktəbi açmış və orda sənətinin incəliklərini öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı qaldığı tələbələr məktəbin məzunu olur və sənət dünyasına təqdim edirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə digərlərindən fərqlənirdi. Bir azca da səbrsiz olan Rajyev bir gün ustasından nə zaman məzun olabiləcəyini soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam etdi:
-Rajyev, sən mənim gələcək vəd edən tələbələrimdən birisən. Çox qısa zamanda rəssamlıq sənətinin incəliklərinə yiyələndin. Zənn edirəm artıq sonuncu Ardı »

Maraqli HekayelerHər şeyin doğrusunu Allah bilir

Bir dəfə bir insan çayın kənarı ilə keçib gedirdi.O,çayın dayaz yerində uşaqların çimdiyini görür.Uşaqlar çox şən idi,bir-birinə su atıb,əylənirdilər.Bu zaman kənarda bir uşağın oturub,digər uşaqlara həsrətlə baxdığın gördü.Niyə digər uşaqlara qatılıb oynamadığının səbəbini soruşanda uşağın şikəst olduğun,yeriyə bilmədiyin görür.Bu hadisə ona çox pis təsir edir,gözləri yaşarır və evə gedib Allaha dua etməyə başlayır:
-Allahım,yalvarıram,şəfa verən sənsən,sənin şəfaətin hər kəsə çatar.bu gün gördüyüm o uşağa da şəfa ver,o da digər uşaqlar kimi oynasın,qıraqda oturub,həsrətlə baxmasın.
yaxşılıq yoxdurKişi səhərə kimi duaların əskik etmədi.Bir neçə müddətdən sonra onun yolu yenə çayın kənarından düşür.Çayda yenə də uşaqların olduğunu görür.Lakin bu dəfə onlar heç də şən deyildilər,onlar Ardı »

Maraqli HekayelerPadşahın işi nədir?

Sultan Murad xan səhər yuxudan çox həyəcanlı qalxdı. Sanki nə isə demək istəyir, ancaq nəsə qarşısını kəsirdi. Baş vəziri Səyavuş Paşa onun bu vəziyyətini görüb soruşdu:
- Çox narahat görünürsünüz. Bəlkə, sizi narahat edən bir şey var?
- Gecə qəribə bir yuxu gördüm.
- Xeyir ola?
- Xeyirdir, yoxsa şər, bunu sonra biləcəyik.
- Necə?
- Hazırlaş, yola çıxırıq.
Sultan Murad xan da, vəziri də molla qiyafəsində yola düşdülər. Padşah hələ də gördüyü yuxunun təsiri altında idi və görünür, gedəcəyi yeri yaxşı bilirdi. Əvvəlcə, Bəyazidə, oradan Vəfaya, sonra da Zeyrəkə üz tutdular. Nəhayət, Unqapı ətrafında nəfəslərini dərdilər. Padşah ətrafa diqqətlə baxmağa Ardı »