Praktik meslehetler → Yataq otağı
Yataq otağı əsasən rahat istirahət, yatmaq üçün nəzərdə tutulmuşdur, bu da mənzildə yataq otağının yerini qabaqcadan müəyyən edir.
Yataq otağını iş kabineti ilə birləşdirmək məsləhət deyil, çünki sakitlik atmosferini yaradan boğuq tonlarda, seyrək işıqda işləmək çətindir. Kabinet üçün ən əlverişlisi neytral rənglər, mebelin aydın konturları və yönəldilmiş işıqdır.
Yataq otağının əsas təyinatı – istirahət və yatmaq yeridir, ona görə də onun əsas atributu çarpayıdır.
Çarpayı mütləq rahat olmalıdır. Döşəyin codluğunu onun üstündə yatan adamın istək və fiziki xüsusiyyətlərinə uyğun tənzimləmək lazımdır.
Məsələn: uşağa və yaşlı adama kifayət qədər möhkəm döşək lazımdır.
Xoşunuza gələn çarpayını almazdan qabaq onu mütləq yoxlamaq – üstündə bir neçə dəqiqə uzanmaq Ardı »