Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Praktik meslehetlerEvin düzgün işıqlandırılması

[color=#c238dd]Evinizdə yandırdığınız işıq ev dekorasiyasına da təsir edir. Evinizi – otağınızı daha gözəl göstərəcək işıqlandırma üsulları hansılardır?

Otağınızı işıqlandırmadan öncə ilk növbədə necə əhval yaratmaq istəyinizə qərar verin və sonra əsas məsələyə keçin. Işıqlandırmada istifadə olunan əşyalar otağın tavanlarının da daha hündür görünməsini təmin edə bilər. Eyni zamanda işıqlandırma ilə otağınızı olduğundan daha geniş və rahat göstərmək öz əlinizdədir.

Işığın rəngiylə əlaqədar olaraq otağınızda isti bir mühit də yaratmaq mümkündür. Unutmayın ki, səhv işıqlandırma ilə də otağı olduğundan da kiçik və darıxdırıcı bir vəziyyətə sala bilərsiniz. Otağın rəngini belə seçdiyiniz işıqla fərqli göstərmək mümkündür.

Əgər tavanların olduğundan yüksək görünməsini istəyirsinizsə, yuxarı istiqamətləndirilən işıqlandırmaları Ardı »

Praktik meslehetlerMəişətin təşkili

[color=#173bd3]Çox vaxt heç ağlımıza da gəlmir ki, özümüzdən asılı olan nə qədər amillər bizim sağlamlığımıza, zahiri görkəmimizə, əhval-ruhiyyəmizə təsir göstərir və bu da şən gəncliyin, fəal kamilliyin və xoşbəxt qocalığın təməlini qoyur. Bu amillərə ilk növbədə şəxsi gigiyena, yuxu və məişətin gigiyenası, düzgün qidalanma, zehni əməyin gigiyenası, iş gününün və istirahətin düzgün təşkili aiddir.

Bəzi qadınlar bizə etiraz edib deyə bilərlər ki, «düzgün həyat tərzini necə qurasan ki, bütün günü iş başımızdan aşır?» Lakin məlumdur ki, məhz işdə və evdə çox məşğul olan qadınlar vaxt tapıb özlərinə baxa bilirlər, bir o qədər çox məşğul olmayanlar isə bunun üçün vaxt tapa bilmirlər. Daha Ardı »

Praktik meslehetlerÇörəyi beləcə qoruyun

[color=#c238dd]Ağ çörək ilə qara çörəyi bir yerdə saxlamayın. Əks təqdirdə qara çörəyin qoxusu ağ çörəyə hopar. Beləliklə də ağ çörəyin ətri və dadı dəyişib korlanar.

Quru çörəyi yumşaltmaq üçün onu bir dəqiqəliyə suya yaxud daha yaxşı olar ki, südə salıb sonra 2-3 dəqiqəliyə isti fırına qoyasınız.
Yaxud qara çörəyi qazana yığıb qapağını örtdükdən sonra üstdən dəsmal ilə möhkəm sarıyıb bağlayaraq 10 dəqiqə müddətində başqa qazanda qaynar suyun içərisində saxlamaqla da yumşaltmaq olar.

Çörəyin uzun müddət ətirli və ləzzətli olması üçün onu saxladığınız şirli qazanın dibinə azca vanilin səpərək qapağını sellofan ilə örtüb basdırın.

Suxarı yaxud quru çörək təzə çörəyə nisbətən mədə şirəsinə daha yaxşı Ardı »

Praktik meslehetlerSantexnikaya Qulluq

[color=#fe5e5e]Santexnikanı təmizləyərkən çalışın tək təmizliyə yox, həm də dezinfeksiyaya nail olasınız. Buna görə də çalışın hər bir santexnika növü üçün (unitaz, vanna və s.) onu daha yaxşı təmizləyib dezinfeksiya edən müasir kimyəvi vasitələrdən istifadə edəsiniz.

Əgər evdə körpə uşaqlar varsa, onlar üçün unitaza mağazalarda satılan ayrıca oturacaq bərkidin. Santexnikanı təmizləməkdə istifadə olunan əsgi və şotkaları hər dəfə istifadədən sonra həmən kimyəvi

vasitələrilə yuyun və açıq havada qurudun. Bu şotka və əsgilər tez-tez dəyişilməlidir.
Santexnikaya qulluq edəndə bu və ya digər təmizləyici vasitələrdən istifadə edərkən adi təhlükəsizlik qaydalarına riayət edin: rezin əlcəklər (onları vaxtaşırı dəyişmək lazımdır) və uzun önlük (fartuk) istifadə etsəniz yaxşı olar.

Santexnikanı Ardı »

Praktik meslehetlerEvinizi çiçəklərlə bəzəyin

[color=#f82e00]Evinizdə vaxt, zaman keçirdikcə özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə o zaman hər tərəfə çiçəklər düzün. Çiçəklər və bitkilər evinizə yeni görkəm gətirər. Təbii ki, normasında olan çiçəklər.

Bütün salonu bəzəyən bitki sapları xoş hiss əvəzinə darıxdırıcı təsir bağışlayar. Amma xüsusi zövqlə bəzənən mətbəx, hamam və yataq otağı sizə xoş təsir edər. Qonaq otağına düzülmüş yaşıl bitkilər otağın havasına da təsirsiz ötüşməyəcək, havanı təmizləyəcək. Seçəcəyiniz çiçəyin rəngini divan və kreslolarla deyil, xalçayla uyğunlaşdırmağa çalışın, bu daha məsləhətlidir. Çiçəksiz yaşıl bitkilər qonaq otağı üçün daha uyğundur.

Yatdığımız otaqda çiçəklərin saxlanılması sağlamlıq baxımından bir o qədər də düzgün sayılmaz. Çünki, bitkilər gündüz oksigen verirlərsə, gecələr karbon Ardı »

Praktik meslehetlerQadınlara kiçik məsləhətlər

Çox çirklənmiş pəncərə şüşələrini üz qaydada:
1 litr ilıq suda qarışdırılmış 1 xörək qaşığı nişasta,
1 litr suya qarışdırılmış 50 qr xlorlu əhəng, yaxud da,
1 litr isti suya qarışdırılmış 2 xörək qaşığı sirkə ilə asanlıqla silib təmizləmək olur.

Ağ rəngli dəridən olan çantaları, ayaqqabıları və kəmərləri süd ilə qarışdırılmış yumurta ağı vasitəsilə sildikdə onların rəngi dəyişmir, yenə də əvvəlki kimi şux görkəmli olur.

Əgər süfrəyə steorin yaxud parafin (şam) tökülmüşsə bərkiyəndən sonra əvvəlcə onu bıçaqla qaşıyıb qoparın, sonra tərs üzünə suçəkən kağız qoyub isti ütü ilə ütüləyin. Beləliklə ləkə tamamilə təmizlənəcəkdir.

Zökəm (qripə yoluxduğunuz zaman) vaxtı 1 çay qaşığı bal Ardı »

Praktik meslehetlerAyaqqabılara Qulluq

Ayaqqabını alanda fikir verin ki, ayaqqabı ayağın üst tərəfini sıxmasın, böyük barmaq ayaqqabının burnuna dirənməsin.
Təzə ayaqqabı isti günlərdə ayağı sanki “yandırır”. Bu əziyyətdən azad ol-maq üçün ayaqqabını içəridən sirkəli su ilə silmək olar.

Ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı günə vermək və qurut-maq lazımdır.

Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyirlər və quru, təmiz əsgi ilə silirlər, sonra krem çəkirlər və yenə şotka ilə təmizləyirlər.

Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və sıx-sıx qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını Ardı »

Praktik meslehetlerSüd və süd məhsulları

[color=#b53dd2]Pasterizə edilmiş südü çıxmaq şərti ilə, südü qaynadın. Əgər siz pasterizə edilmiş südü bir gündən artıq saxlamaq istəyirsinizsə, onu da qaynatmaq lazımdır.

Südü orta odda alüminium qazanda qaynadın. Əgər güclü odda, minalanmış qabda qaynatsanız, o hökmən yanacaq. Əgər qazanın dibinə bir tikə qənd qoysanız, süd tez qaynayar və yanmaz.

Südü qaynadanda qidalı maddələr qabın dibinə və di-varlarına az çöksün deyə, onu vaxtaşırı qaşıqla qarışdırın. Əgər qaynatma zamanı bir litr südə bir çimdik duz, yaxud 1 çay qaşığı şəkər tozu əlavə etsəniz, o, uzun müddət turşumaz və vitaminləri itməz.

Əgər süd yanıbsa, onu dərhal başqa qaba tökmək lazımdır (qarışdırmayaraq).

Təzə südü işıqda Ardı »