Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Praktik meslehetlerMüxtəlif Parçalardan Olan Paltarları Necə Yumaq Lazımdır?

[color=#fe5e5e]Yun
Müasir yun parçalar iki kateqoriyaya bölünür: yun və yarımyun. Birincinin tərkibində 90-100% yun var, ikincilərin tərkibində 20-90% yun və lavsan, kapron, yaxud viskoz var. Əgər tərkibin içində 50% süni saplar varsa, onda parçada parıltı və yumrular əmələ gəlir.

Yaxşı olar ki, yun paltarlar bir çox halda əllə, xüsusi vasitələrdən istifadə etməklə yuyulsun. Yun paltar yığılmasın deyə, onu bir az ilıq suda, eyni temperaturda yuyurlar və suya çəkirlər, heç vaxt islatmırlar və burub sıxmırlar.
Axırıncı dəfə yaxalayanda yun yığılmasın deyə, xüsusi kondisionerlər əlavə edin. Rəngi çıxan yun paltarı yuduqda ilıq suya duz və sirkə tökün. Müasir paltaryuyan maşınlarda yun üçün də rejim nəzərdə Ardı »

Praktik meslehetlerLəkələrin Aparılması

[color=#173bd3]Təzə ləkələri daha asanlıqla təmizləmək olar. Ona görə də çalışın ləkə düşən kimi onu təmizləyin. İndi mağazalarda ləkələri aparmaq üçün çox sayda müasir vasitələr satılır. Köhnə üsullardan da istifadə etmək olar. Ləkələri təmizləyərkən ləkənin kənarlarından ortaya doğru təmizləyin və ləkəni apardıqdan sonra paltarı yuyun. Ləkənin altına qatlanmış təmiz ağ salfet qoyun.

Ləkəni təmizləməmişdən əvvəl onun nədən əmələ gəldiyini təyin etmək lazımdır. Bir çox ləkələr təzə ikən su ilə təmizlənir, əvvəl ləkəni soyuq, sonra isə isti su ilə yumaq olar.

Yağ ləkəsini açıq rəngli pambıq, yun, kətan, ipək parçalardan belə təmizləmək olar: təzə ləkənin üstünə hər iki tərəfdən tabaşir, talk tozu səpin, hər iki Ardı »

Praktik meslehetlerYorğan-Döşəyin Sırınması

[color=#173bd3]Azərbaycan ailələrində yorğan-döşək, adətən, yundan hazırlanır.
Qoyunun yunu ildə 2 dəfə qırxılır: yayqabağı və payızda. Yayqabağı qırxılan yun uzun və zərif olduğu üçün ondan yorğan salınır. Payızda qırxılan yun isə üstdən qırxıldığı üçün qısa olur, buna güzəm deyilir. Güzəmdən döşək salınır.

Yunun yuyulması və çırpılması
Ev şəraitində yun böyük ləyənlərdə yuyulur. Təzə qırxılmış yun bir gün əvvəldən islağa qoyulur. Bir neçə dəfə çirkli suyu axıdıldıqdan sonra otaq temperaturlu suya hər hansı yuyucu tozlardan bir az töküb yunu onun içində saxlayırlar. Ertəsi gün yunu həmin suda övkələyib yenidən təmiz suya tökür və yuyurlar. Əgər yun çoxdursa, onda ya hissə-hissə yuyur, ya da ayaqlayırlar. Ardı »

Praktik meslehetlerEvdə təmizlik işləri

[color=#039b80]Mənzildə təmizlik işlərini həftədə bir dəfə, ümumi təmizlik işlərini isə ayda bir dəfə aparmaq lazımdır.

Evin ən çox istifadə olunan yerləri hamam otağı, tualet, dəhliz və mətbəx – hər gün yığışdırılmalı və silinməlidir. Əlbəttə ki, əgər evdə çox insan yaşayırsa, xüsusilə körpə uşaq varsa, təmizlik işləri hər gün aparıl-malıdır. Belə olduğu halda siz körpənizi allergiyadan (evdə ən təhlükəli allergen – tozdur) və yarana biləcək virus və infeksiyalardan qorumuş olarsınız.

Təmizlik işləri günün birinci yarısında və uşaqlar evdə olmayan vaxt aparılmalıdır. Bu çox vacibdir. Günün ikinci yarısında evi yığışdırmaq və tozsorandan istifadə etmək tövsiyə edilmir. Tibb elmi təsdiq etmişdir ki, axşam vaxtı Ardı »

Praktik meslehetlerMəişət Texnikasına Qulluq

[color=#a476af]Soyuducuya qulluq
Soyuducunun xidmət müddəti – 15 ildir, amma yaxşı qulluq edəndə, o 20 ildən çox işləyə bilər.
Soyuducunun xidmət müddətini uzadan bir neçə məsləhət verək.
Əgər təzə soyuducunu sizə indicə gətiriblərsə, onu dərhal qoşmaq lazım deyil, gətirəndən sonra o bir az qalmalıdır, yaxşısı budur onu yuyun. Bir neçə saatdan sonra soyuducunu qoşun, amma ərzaqsız. Soyuducuya vaxt tələb olunur ki, lazımi səviyyəyə qədər “soyusun”. Lütfən, istismara dair təminatla diqqətlə tanış olun.
Soyuducunu quru, sərin yerdə, istilik mənbələrindən uzaqda qoymaq lazımdır. Soyuducunun hər tərəfindən havanın azad dövrü təmin edilməlidir. Əhatə edən temperatur şəraiti soyuducunun iqlim dərəcəsinə uyğun olmalıdır. Soyuducu düz durmalıdır.

Soyuducunun rəflərini plyonka Ardı »

Praktik meslehetlerMətbəxdə "Yararsızdır" deyə atdığımız tullantıların faydaları

Mətbəxdə tullantı deyə atdığımız şeylərin bilmədiyiniz istifadə qaydaları:

Zibil deyə atdığımız bir çox şeyin əslində yeni və faydalı istifadələri var.

Qəhvə

Qəhvə hazırladıqdan sonra qalan hissəsindən bir parçanı həftədə bir saç kreminizə qatsanız saçlarınızın parlaqlığı artar.

Bir kasa içərisində soyuducuya qoysanız pis qoxuları yox edər.

Hind qozu yağı ilə qarışdırıldıqda peeling olaraq istifadə edilə bilər.

Cücərən kartof

Cücərən kartofları yenidən torpağa basdırsanız böyüməyə davam edəcək.

Portağal qabığı

Böcəklərə, ziyanvericilərə qarşı olduqca təsirlidir. Parçalar halında evin ətrafına yerləşdirsəniz böcəklərdən xilas ola bilərsiniz.

Pis qoxuları yox etmək üçün zibil qutunuza açıq halda qoya bilərsiniz.

Sarımsaq qabıqları

Sarımsaq qabığında çox bəsləyici elementlər Ardı »

Praktik meslehetlerPaltarlara Qulluq

[color=#b53dd2]Yun paltarlara qulluq
Əyninizdən çıxartdığınız yun paltarı dərhal şkafa asmayın, onu əvvəlcə havaya vermək, tozdan təmizləmək və yalnız sonra şkafa asmaq lazımdır. Paltarı stulun söykənəcəyinə asmayın, onda o öz formasını itirir.

Çöldən gələrkən, o saat paltonu və ya yun donu asılqana asın. Onların paltarın formasına və ölçüsünə uyğun olması vacibdir. Qısa asılqan qolları dartıb uzadar, uzun – onlarda batıqlar əmələ gətirər.

Yun və ya yarımyun kostyumda parçanın ən çox sürtülən yerlərində pis parıltı əmələ gələ bilər. Siz onun üstünə yaş kətan əsgi qoyub isti ütü ilə ütüləyərək aradan qaldıra bilərsiniz. Dərhal bundan sonra, parça hələ soyumamış, parçanın xovunu cod şotka ilə qaldıraraq işıldayan hissəsini Ardı »

Praktik meslehetlerQənaətcil olun!

Bəzən görürsən ki, soyuducuda nə vaxtdan bəri kifayət qədər ağartı məhsulları – kəsmik, pendir, kefir, smetan, qatıq yığılıb qalmışdır. Belə vaxtda onları tullamağa tələsməyin. Kəsmiyin, pendirin, kefirin qalığından ləzzətli qoğallar bişirə bilərsiniz.

Kəsmiyi çuxur qabda əzin. Quruyub, bərkimiş pendiri isə iri gözlü sürtkəcdən keçirib üstünə kefiri tökün, çiy yumurta, azca çay sodası və un əlavə edərək hamısını birlikdə qarşıdırın. Qatışığı möhkəm qızdırılmış tavada, istədiyiniz yağda o üz-bu üz qızardın. Çox ləzzətli, iştahaçan, azca şorməzə qoğallar alınacaqdır.
Ardı »