Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerKim Cənnət sakinlərindən olan adamı görmək istəyirsə, bu şəxsə baxsın

Əbu Hureyrə (r.a) belə rəvayət edir: "Bir nəfər bədəvi ərəb, Peyğəmbərin (s.a.v) yanına gələrək dedi: Məni elə bir əmələ yönəlt ki, onu etməklə Cənnətə daxil olum." Peyğəmbər buyurdu: “Allaha ibadət et və heç bir şeyi Ona şərik qoşma, fərz namazları qıl, vacib zəkatı ver və Ramazan ayını oruc tut”. Bədəvi dedi: "Canım əlində olan Allaha and olsun ki, bunlara nə bir əlavə edəcəyəm, nə də onlardan azaldacağam." O, üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v) buyurdu: “Kim Cənnət sakinlərindən olan adamı görmək istəyirsə, bu şəxsə baxsın.” Buxari və Müslim.
(Buxari: Zəkat ? 1333. Müslim: İman ? 14. Əhməd: 2/343.)

ŞƏRH

Hədisin dəlalət etdiyi bu böyük Ardı »

HedislerSəhih Qüdsi hədislər (Adəm övladı məni yalamçı hesab edir)

1.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Allah buyurur: «Adəm övladı Məni təhqir edir (1) , halbuki, ona Məni təhqir etmək yaraşmaz. Habelə, Məni yalançı hesab edir, halbuki, ona (belə etmək) yaraşmaz. Onun təhqirinə gəlincə, bu onun Mənim oğlum olduğunu iddia etməsidir. Məni yalançı hesab etməsinə gəldikdə, (bu) onun: «Allah məni ilk dəfə yaratdığı kimi yenidən yarada bilməz» - deməsidir».

(əl-Buxari 59. Kitəbi Bədil-Xalq 1 (2954, 3021, 3193).)

(1)Müşriklər və kafirlər Allaha Ona layiq olmayan naqis sifətlər isnad etməklə Ona qarşı ədəbsizlik edirlər.

2.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Adəm övladı Məni yalançı sayır, halbuki, Ardı »

HedislerBu dörd xislətə sahib olan insan xalis münafiq olar

Abdulla ibn Amr (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət edir: «Bu dörd xislət kimdə olarsa, o, xalis münafiq (riyakar) sayılar. Kim bu xislətlərdən birini daşıyarsa, ondan əl çəkənə qədər həmin insanda münafiqlikdən bir pay olar. (Həmin xislətlər bunlardır:) Əmanət verildikdə ona xəyanət edər, danışanda yalan danışar, əhd bağladıqda əhdini pozar və mübahisə etdikdə həddini aşar». Buxari və Müslim.
(Buxari: İman ? 34. Müslim: İman ? 58. Tirmizi: İman ? 2632. Nəsai: İman ? 5020. Əbu Davud: Sünnə ? 4688. Əhməd: 2/189.)

ŞƏRH

Nifaq şər əməllərin əsasıdır. Nifaq, zahirdə xeyirxahlıq göstərib, daxildə şəri gizlətməkdir. Bu tərifə etiqadla edilən böyük nifaq daxildir. Onun sahibi zahirdə Ardı »

HedislerImam Sadiqden Hedisler

Hedis 1: Imam Sadiq (e) buyurur: Imanli bir shexs hec vaxt oz shehvetine meglub olmaz ve qarni onun rusvayciligina sebeb olmaz.

* * *
Hedis 2: Imam Sadiq (e) buyurur: Allah-teala qafil qelble edilen duani qebul buyurmaz, ona gore de agah qelble dua et ve duanin qebul olacagina emin ol.

* * *
Hedis 3: Imam Sadiq (e) buyurur: Boyuklerimize ehtiram gostermeyen, kiciklerimize ise rehm etmeyen kes bizden deyildir.

* * *
Hedis 4: Imam Sadiq (e) buyurur: Bizim vilayetimiz (hakimiyyetimiz) Allahin hakimiyyetidir. Hec bir peygember bu vilayetsiz mebus edilmemishdir.

* * *
Hedis 5: Imam Sadiq (e) buyurur: Bashqasinin sirri uzerinden perdeni goturenin oz evinin sirleri ashkar olar.

* Ardı »

HedislerSünnəyə tabe olmaq

Abdullah bin Məsud (radiyallahu anhu) belə demişdir: “Siz (sünnəyə) tabe olun. Bidət ortaya çıxarmağa çalışmayın. Çünki sünnə sizə kifayət edər, bidətə ehtiyac yoxdur.”
[Darimi, 1/69.]

İbn Abbas (radıyallahu anhu) belə demişdir: “Bir il keçməmiş insanlar bidəti ortaya çıxarmağa və sünnəni məhv etməyə başladılar. Nəhayət, bidətlər yayılmağa, sünnə isə tərk olunmağa başlandı”.
[İbn Vaddah, «əl-Bidə», səh. 38]

İbn Sirin (rahmatullahi aleyhi) (v.h. 110) belə deyir: “Həm bir bidəti qəbul edib, həm də bir sünnəyə əməl edən heç kim ola bilməz.”
[Darimi, 1/69; İbn Batta, «əş-Şərhu vəl-İbanə», səh. 133.]

Qudeyf bin əl-Haris (rahmatullahi aleyhi) (v.h. 65) belə deyir: “Bir bidət ortaya çıxan kimi mütləq sünnədən o qədəri Ardı »

HedislerSEÇİLMİŞ QÜDSİ HƏDİSLƏR (31-37)

31.İbn Abbasdan (Allah ondan razı olsun!) Allah elçisinin (s) Cəbrayıl əleyhissalamdan belə deməsi rəvayət olunur: “Ulu Tanrı buyurur: “Qulun günah və savabları qarşıya qoyulacaq, etdiyi hər günahın qarşılığında bir savabı çıxılacaqdır. Sonda onun bir savabı belə qalmış olsa, Cənnətə buraxılacaqdır”.
(əl-Bəzzar (10/355). Hədis həsəndir.)

32.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah Qiyamət günü deyəcəkdir: “Ey Adəm oğlu! Mən səni at, dəvə belində gəzdirdim, səni qadınlarla evləndirdim, sənə tabelik və başçılıq verdim. Bəs bunun şükrü hanı?”
(Əhməd (2/492). Hədis səhihdir.)

33. Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Qiyamət Ardı »

HedislerSəhih Qüdsi hədislər (yaxın ölən və buna səbr edənin fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar».
(əl-Buxari 81. Kitəbur-Riqaq 6 (5944, 6424). Ardı »

HedislerƏməllər niyyətlərə görədir və Dində olmayan bir şeyi dinə əlavə etmək

BİRİNCİ HƏDİS
Əməllər niyyətlərə görədir...
Ömər ibn Xəttab t deyir ki, mən Peyğəmbərin r belə dediyini eşitmişəm: «Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir»[1]. Buxari və Müslim.

İKİNCİ HƏDİS
Dində olmayan bir şeyi dinə əlavə etmək
Aişə t Peyğəmbərin r belə dediyini rəvayət edir: «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar»[2]. Digər rəvayətdə isə deyilir: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar»[3]. Buxari və Müslim Ardı »