Hedisler → Səhih Qüdsi hədislər (Üç nəfərin duası rədd edilməz)
Rəvayət edilir ki, Əbu Hureyra (r.a) demişdir: «Biz dedik: «Ey Allahın Elçisi! Bizə nə olur ki, sənin yanında olanda qəlblərimiz riqqətə gəlir, dünyadan təcrid olub, axirət yurdunun sakinlərindən oluruq?! Sənin yanından çıxanda isə, başımız ailəmizə qarışır və övladlarımıza üns salırıq, sanki öz-özümüzü inkar edirik». Allah Elçisi (s.a.v) dedi: «Əgər siz mənim yanımdan çıxanda bu cür vəziyyətdə olsanız, mələklər sizi evinizdə ziyarət edərdilər. Əgər siz günah etməsəniz, Allah (yerinizə) başqa məxluq gətirər, onlar günah edər, Allah da onları bağışlayar». Mən soruşdum: «Ey Allahın Elçisi! Xilqət nədən yaradılıb?» O: «Sudan» - deyə cavab verdi. Biz soruşduq: «Bəs Cənnət nədən düzəldilib?» O, cavab verdi: Ardı »