Hedisler → Səhih Müslim (Quranı, “əl-Bəqərə” və “Ali-İmran” surələrini oxumağın fəziləti.)
Əbu Umama əl-Bəhili (r.a) peyğəmbərdən belə eşitdiyini rəvayət edir: “Quranı oxuyun! Həqiqətən Quran qiyamət günü onu oxuyanlara şəfaətçi olaraq gələcək. “Zəhravaynı (iki çiçək)”, yəni “əl-Bəqərə” və “Ali-İmran” surəsini oxuyun! Həqiqətən bu iki surə qiyamət günü iki bulud, ya da iki kölgə və yaxud göy üzündə qanadlarını açmış iki quş dəstəsi kimi gəlib oxucularını qoruyacaqdır. “Əl-Bəqərə” surəsini oxuyun! Həqıqətən onu oxumaq bərəkətdir. Onu tərk etmək isə peşmançılıqdır! Sehirbazların ona gücü çatmaz!” Ardı »