Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər (Fatihə surəsinin fəziləti)

Ubeyy ibn Kəb (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «(Uca Allah buyurur): «Nə Tövratda, nə də İncildə Ummul-Qurana (Kitabın əsasına) bənzər surə yoxdur. O Səb'ul-Məsənidir (Yeddi təkrarlanan ayədir). O, Mənimlə qulum arasında bölünüb. Quluma dilədiyi nə varsa veriləcəkdir».
(İbn Hibban 775. Şueyb əl-Arnavut hədisin isnadını Muslimin şərtlərinə görə səhih saymışdır.)

Əbu Hureyra (s.a.v) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qıldığı namazda Quranın anasını oxumayan kimsənin namazı qəbul deyildir!» - hədisini rəvayət etdikdən sonra bəziləri ondan: «Axı biz imamın arxasında dururuq!» - deyə soruşdular. O dedi: «Sən onu astadan oxu. Çünki mən Peyğəmbərin  belə dediyini eşitdim: «Uca Allah buyurur ki: «Mən Ardı »

HedislerSEÇİLMİŞ QÜDSİ HƏDİSLƏR (16-30)

16. İbadə ibn Samitdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Cəbrayıl əleyhissəlam Allah dərgahından mənim yanıma gəlib dedi: “Ya Muhəmməd, uca və böyük Allah sənə belə buyurur: “Mən sənin ümmətinə beş vaxt namazı fərz (vacib) buyurmuşam. Kim onların dəstamazına, vaxtı-vaxtında qılınmasına, səcdələrinə riayət edərsə, mənim sənin yanında onu cənnətlik etməm barədə öhdəliyim vardır. Kim onları nə iləsə azaltmış halda mənim qarşıma çıxsa, sənin yanında onun üçün heç bir öhdəlik qalmır. İstəsəm onu əzaba düçar edər, istəsəm də mərhəmət göstərərəm”.
(ət-Tayalisi (573) və b. Hədis səhihdir.)

17.Əbu Qətada ibn Rabidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi Ardı »

HedislerSəhih Müslim (Quranı öyrənməyin fəziləti)

Uqba ibn Amir (r.a) belə rəvayət edir: “Biz Suffada olan vaxtı Peyğəmbər (s.a.v) (evindən) çıxıb belə buyurdu: “Sizdən hansınız hər gün heç bir günah etmədən və qohumluq əlaqələrini kəsmədən Buthana ya da Aqiqa gedib oradan iki dənə iri hürgüclü dişi dəvə gətirmək istəyər?” Biz: “Ey Allahın Elçisi, bunu hamımız istəyirik!” deyə cavab verdikdə, Peyğəmbər (s.a.v) belə buyurdu: “Sizdən birinizin məscidə gedib Allahın Kitabından iki ayə öyrənməsi və ya oxuması onun üçün iki dişi dəvədən xeyirlidir. Üç ayə, üç dəvədən, dörd ayə dörd dəvədən və oxunacaq ayələr o qədər saydakı dəvələrdən daha xeyirlidir.” Ardı »

Hedisler: Səhih Qüdsi hədislər (Əzan verməyin fəziləti)

Uqbə ibn Amir (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Rəbbin dağın başında qoyun otaran çobanın azan verib, namaz qılmasına təəccüb edir. Allah  belə buyurur: «Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib, namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim».

(ən-Nəsai 660, 666, 674, 1630. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 8102) səhih olduğunu söyləmişdir.) Ardı »

HedislerNamazı unudan barədə

Zeyd ibn Әrqam (r.a) rәvayәt edir ki, «Biz İslamın әvvәlindә namaz әsnasında danışardıq. Bu hal ayә («әl-Bәqәrә» surәsi, 238) nazil olana qәdәr davam etdi. (Bu ayәdә Uca Allah buyurur): "Namazlara, xüsusilә dә orta namaza (әsr namazı) riayәt edin vә Allaha itaәt etmәk üçün ayağa qalxın vә sükutla namaz qılın!". Belәliklә, sükutla namaz qılmaq vә namaz әsnasında danışmamaq bizә әmr olundu» (әl-Buxari, 4534; Müslim, 1203).

Әnәs ibn Malik (r.a) rәvayәt edir ki, «Peyğәmbәr (sallallahu aleyhi va səlləm): "Namazını unudan onu yadına saldığı zaman qılsın! Unutduğu namazın cәrimәsi belәdir" – deyib bu ayәni oxudu: "Mәni yad etmәk üçün namaz qıl!"(Ta ha surәsi, 14)» (әl-Buxari, Ardı »

HedislerFaiz yeyənlər barəsində hədislər

Rəsulullah Əfəndimiz (s.a.v.) də faiz mövzusunda möminləri belə xəbərdar edir: "Merac etdiyim zaman gecə yeddinci göydə üstümdə ildırım və şimşək səsi eşitdim. Orada göbəyləri önlərinə sallanmış və bir otaq qədər böyümüş insanlar gördüm. İçlərində olan ilan və əqrəblər bayırdan görünürdü. Cəbrayıldan (a.s.) bunların kim olduğunu soruşduqda bunlar faiz yeyənlərdir dedi."(Bəyhaqi)

"Faiz yetmiş qapıdır. Ən xəfifi də insanın öz anasına təcavüz etməsi kimidir. Ən ağırı isə insanın bir mömin qardaşının şərəf və layaqətinə təcavüzüdür." (Təbərani) Ardı »

HedislerTəmizlik İmanın yarısıdır

Əbu Malik əl-Əşəri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhənallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir.” (Səhihi-Müslim, Kitabut-Taharə, Hədis ? 1) Ardı »

HedislerƏgər bəndə xəstələnərsə və ya səfərdə olarsa, ona sağlam və qeyri-səfər zamanı əməl etdiyi kimi (sav

Əbu Musa əl-Əşari (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Əgər bəndə xəstələnərsə və ya səfərdə olarsa, ona qeyri səfərdə və sağlam olarkən etdiyi əməlin misli qədər (savab) yazılar.” Buxari rəvayət etmişdir.
(Buxari: Cihad və sira ? 2834. Əbu Davud: Cənazələr ? 3091. Əhməd: 4/410.)

ŞƏRH

Bu, Allahın mömin qullarına göstərdiyi ən böyük lütfkarlıqdır. Belə ki, onların davamlı etdikləri əməlləri xəstəlik və ya səfər səbəbi ilə kəsilsə, savabların hamısı tam olaraq yazılar. Çünki Allah bilir ki, bu maneə olmasaydı onlar həmin işi tam yerinə yetirərdilər. Uca Allah onların niyyətlərinə görə işi edənlərə verdiyi qədər savab verir. Bununla yanaşı onlar xəstəliyə, ona səbir etməyə və ya Ardı »