Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerTicarət hiylə və rüşvətə aid seçmə hədislər

• Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Güvənilən və doğruluqdan ayrılmayan ticarət əhli; peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir (axirətdə onlarla birlikdə olacaqdır).” (Sünəni-Tirmizi, Babul-Buyu, 1208, Sünən İbn Mace, Kitabut-Ticarət, 2139.)

• Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Al-ver edən iki insan, bu al-veri doğruluq üzrə edərlər və (əgər malda qüsru varsa o) qüsuru açıqlayarlarsa, alış-verişləri hər ikisi üçün də mübarək qılınır (bərəkətli olur). Əgər yalan söylərlər və (maldakı) qüsuru gizləyərlərsə, müəyyən bir qazanc qazansalar belə alış-verişlərinin bərəkətini itirərlər.” (Səhihi-Buxari, Kitabul-Buyu, 19, 22, 44; Səhihi-Müslim, Kitabul-buyu, 532; Sünənü Əbi Davud, Kitabul-Buyu, 3459.)

• İbn Ardı »

HedislerSünəni Əbu Davud

[color=#039b80]Sünəni Əbu Davud (ərəb. سُنن أبي داود‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kutubi Siddənin) üçüncüsüdür.

Müəllifi Əbu Davuddur. Bu əsər də müəllifinə nisbətlə Sünəni Əbu Davud olaraq anılır.Mündəricat [gizlə]
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Xarici keçidlər
4 Həmçinin bax

[redaktə]
Haqqında
[redaktə]
Müəllif

Əbu Davud Məhəmməd ibn Süleyman ibn İshaq ibn əl Əzdi əs Sicistani, h.q. 202-ci ildə Sicistanda doğulmuşdur. İlk təhsilindən sonra Nişapur, Kufə, Xorasan, Ərəbistan, Mesopotomiya, İran, Suriya və Misir kimi yerlərə səfər etmiş və elmini daha da artırmışdır. H.q. 275-ci ildə (M. 888) Bəsrədə vəfat etmişdir.
[redaktə]
Əsər

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana Ardı »

HedislerSəhih Qüdsi hədislər(övladı ölən və buna səbr edənin fəziləti)

Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Bir qulun uşağı öldükdə Allah mələklərindən soruşur: «Qulumun uşağınımı aldınız?» Onlar: «Bəli» - deyə cavab verirlər. Allah soruşur: «Qulumun ürəyinin meyvəsinimi aldınız?» Onlar: «Bəli» - deyə cavab verirlər. Sonra Allah buyurur: «Qulum nə dedi?» Onlar deyirlər: «Sənə həmd və istirca etdi»
.( Yəni belə demək: «İnnə lilləhi və innə ileyhi raciun»-biz Allaha məxsusuq və Ona da qayıdacağıq!)
Allah buyurur: «Quluma Cənnətdə bir ev tikin və adını da «Həmd evi» qoyun!»
(ət-Tirmizi 1021, 1037. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 795) səhih olduğunu söyləmişdir.)


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həddi buluğa çatmamış üç Ardı »

HedislerImam eliyyen Neqiden Hedisler

Hedis 1: Imam eliyyen Neqi (e) buyurur: Oz deyerini anlamayan adamin sherinden qorun.

* * *
Hedis 2: Imam eliyyen Neqi (e) buyurur: Dunya bir bazardir. Bu bazarda kimi qazanir, kimi ise zerere dushur.

* * *
Hedis 3: Imam eliyyen Neqi (e) buyurur: Bela sebirli shexs ucun bir, sebirsiz shexs ucun ise ikidir.

* * *
Hedis 4: Imam eliyyen Neqi (e) buyurur: Allah-teala, Onu qezeblendireni xalqin qezebine ducar eder.

* * *
Hedis 5: Imam eliyyen Neqi (e) buyurur: Ozunu beyenmek insani elm oyrenmekden saxlayar. Ardı »

HedislerSəhih Qüdsi hədislər (məscid sakinləri)

Ənəs (rşa)rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Həqiqətən Allah Qiyamət günü belə müraciət edəcək: «Qonşularım hanı, qonşularım hanı?» Mələklər deyəcəklər: «Ey Rəbbimiz! Sənə qonşu olmağa kim layiq ola bilər?» Allah buyuracaq: «Məscid sakinləri?» (zəni ibadətlərini daimi məsciddə edənlər)

Haris «Müsnəd» 126; əs-Suyuti «Cəmiul-Əhədis» 7341; İbn Həcər «Mətalibul-Aliyə» 398. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2728) səhih demişdir. Ardı »

HedislerNəsihətlər

Əbu Məsud Uqbə(r.a) rəvayət edir ki, Peyğəmbər(sallallahu aleyhi va səlləm)dedi: “İlk peyğəmbərlik kəlamından insanların yadında qalan (zamanımıza qədər gəlib çatan) söz: “Utanmırsansa, istədiyini et” (sözüdür). (Buxari)

İmran ibn Huseyn (r.a) rəvayət edir ki, Peyğəmbər(sallallahu aleyhi va səlləm)dedi: “Həya (insana) ancaq xeyir gətirir”. Buşeyr ibn Kə'b dedi: “Hikmətli sözlərdə (məndəki vərəqdə) belə yazılıb: “Vüqarlı olmaq həyadandır, sakitləşmək həyadandır”. İmran (r.a) ona dedi: “Mən sənə Peyğəmbərdən(sallallahu aleyhi va səlləm) hədis danışıram, sən də mənə vərəqdən danışırsan”. (Buxari)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər(sallallahu aleyhi va səlləm) dedi:
“Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan söhbətdir. Cəsusluq etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə arxa çevirməyin, bir-birinizə həsəd Ardı »

HedislerSəhih Müslim (Quranın oxunduğu zaman rahatlıq, sakinlik, hüzur) enməsi)

Əl-Bəra (r.a) belə rəvayət edir: “Bir kişi “Kəhf” surəsini oxuyurdu.Yanında iki uzun kəndirlə bağlanan at var idi. (O kişinin ətrafını) bulud bürüdü. Bulud dönməyə və yaxınlaşmağa başladı. Atı da bundan hürkdü. Səhər açılanda bu kişi Peyğəmbərin yanına gəlib (baş verənləri) ona bildirdi. Peyğəmbər belə buyrdu: “Bu səkinətdir, Quran üçün enmişdir.”

Əbu Səid əl-Xudri (r.a) belə rəvayət edir: “Useyd ibn Hudeyr bir gecə xurma qurudulan yerdə Quran oxuyarkən atı şahlandı. O, oxumağa davam etdi. Sonra atı bir daha şahlandı. Useyd belə demişdir: “Atın (oğlum) Yəhyanı tapdalamağından
qorxdum və qalxıb atın yanına getdim. Bu arada başımın üstündə içində parıltılıar olan kölgə kimi bir şeyin yavaş-yavaş Ardı »

HedislerSəhih Qüdsi hədislər (Cənnət əhli ilə Cəhənnəm əhlinin bəzi sifətləri)

Rəvayət edilir ki, İyad ibn Himər əl-Mucəşiyi (r.a) demişdir: «Bir gün Allah Elçisi (s.a.v) xütbəsində belə buyurdu: «Rəbbim mənə əmr etdi ki, Onun mənə öyrətdiyi şeylərdən bilmədiyinizi sizə bu gün öyrədim. Allah buyurur: «Quluma əta etdiyim hər bir mal halaldır. Şübhəsiz ki, Mən bütün qullarımı müsəlman olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. Onlara halal etdiyim şeyləri haram etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər. Allah yer əhalisinə baxıb Kitab əhlindən başqa ərəblərə də, əcəmilərə də qəzəbləndi. Allah buyurdu: «(Ey Muhəmməd!) Mən səni imtahana çəkmək və səninlə də başqalarını imtahan etmək üçün səni göndərdim. Ardı »