Almaniya tarixi → Frank Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum)- orta əsrlərdə yaranmış dövlət. 500-cü ildə Xlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub.
Merovinq dövləti[redaktə]
486 ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, Merovey nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən adətən, Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536). 6-cı əsrin ortalarına doğru Frank dövləti keçmiş Roma əyaləti Qalliyanın, demək olar, bütün Ardı »