Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya tarixiSığorta müqaviləsi (1887)

Sığorta müqaviləsi — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı.

Tarixi[redaktə]
Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi.

Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə Ardı »

Almaniya tarixiBöyük Karl

Böyük Karl (latınca Carolus Magnus, 2 aprel, 742 – 28 yanvar, 814, Axen) frank kralı (768–800), imperator (800–814), Karolinqlər sülaləsinin banisi. Gödək Pipinin ölümündən sonra (768) Frank dövlətinin bir hissəsini idarə edirdi. Lanqobardlar, sakslar, ərəblər, qərb slavyanları və başqaları ilə apardığı müharibələr nəticəsində böyük imperiya yaratmışdı. Böyük Karl imperiyada hakimiyyətinin mərkəzləşməsinə çalışır, Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edirdi. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Böyük Karlın dövründə mədəniyyət sahəsində yüksəliş müşahidə edilirdi. Ardı »

Almaniya tarixiFranklar

Franklar - III əsrdə Reyn çayı axarında yaşamış qərbi german tayfaları qrupu. Saliça və ripuarlardan ibarət olan franklar V əsrin əvvələrində Qalliyanı işğal etmiş, Frank dövləti (V-IX əsrlər) yaratmışlar. fransızların, vallonların, provanslıların, hollandların, flamandların və başqalarının etnogenezində iştirak etmişlər. Ardı »

Almaniya tarixiTiger (tank)

Panzerkampfwagen VI ("Zirehli müharibə vasitəsi VI", ləqəb: Tiger və ya Tiger I), Alman istehsalı İkinci dünya müharibəsinin ağır tankıdır. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki zamanının irəlisindəki T-34 və KV-1 / 2,3 tanklarına qərb çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 dənə M4 Sherman tankının hücum görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Ardı »

Almaniya tarixiElzas-Lotaringiya

Elzas-Lotaringiya (alm. Elsaß-Lothringen, fr. Alsace-Lorraine) — Almaniya imperiyasının ələ keçirdiyi əyalət.

Tarixi[redaktə]
Sedan savaşından öncə Fransanın torpağı olan Elzas-Lotaringiya bölgəsi Frankfurt Sülh müqaviləsiylə Almaniya imperiyasında bir əyalət halına gəldi. Ancaq Lotaringiyanın kiçik bir qismi Fransaya verildi.

Birinci dünya müharibəsindən sonra bölgə qısa bir müddətə Elzas-Lotaringiya sovetləri adı altında müstəqil olsa da, Versal sülh müqaviləsi ilə Fransaya tabe edildi.

Yeni gələn fransız idarəsi sürətli bir şəkildə bölgəni fransızlaşdırmağa başladı. Zamanla fransızlaşan bölgəyə Fransa bir çox təhkimat, qala və Majino xəttini qurduqdan sonra İkinci dünya müharibəsindəki fransızların məğlubiyyəti ardından təkrar Almaniyaya keçən bölgə, 1945-ci ildə almanların təslim olmasıyla təkrar Fransa üsul-idarəsinə verildi. Bugün bölgə Fransa idarəsi altındadır. Ardı »

Almaniya tarixiKondor Legionu

Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi.

Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma Ardı »

Almaniya tarixiPrusslar

Prusslar — Baltik dənizinin cənub sahilində, Visla və Neman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu, xalq. Qədim prussların maddi mədəniyyətləri onlara dilcə qohum olan letto-litvalılar və slavyanların mədəniyyətinə oxşardır. Prussların adları mənbələrdə IX əsrdən çəkilir. Prusslar Polşa və Rusiya ilə ticarət əlaqələri saxlamışlar. 1283-cü ildə Roma papasının və alman feodallarının köməyi ilə Tevton ordeni prussların torpaqlarını işğal etdi. İşğalçılar prussların əksəriyyətini qırdılar, qalanları isə tədricən almanlaşdı. Prussiyanın adı prusslardan götürülmüşdür. Ardı »

Almaniya tarixiAlmaniya tarixi

Alman xalqının formalaşması[redaktə]
Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.

İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq Ardı »