Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya tarixiSığorta müqaviləsi (1887)

Sığorta müqaviləsi — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı.

Tarixi[redaktə]
Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi.

Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə Ardı »

Almaniya tarixiXlodviq IV

Xlodviq IV (fr. Clovis IV) — Mervinqlər sülaləsindən olan Frank kralı 691-695-ci illərdə kral olub.

Xlodvqi hələ 9 yaşında ikən Kral elan edilmişdir. 695-ci ildə 13 yaşında ikən ölüb. Ardı »

Almaniya tarixiÜçüncü Reyx

Üçüncü Reyx (alm. Drittes Reich; Reich – dövlət, imperiya ) – Almaniya imperiyasının 1933-cü il avqustun 16-sında 1945-ci il mayın 23-dək dövrünün qeyri-rəsmi adı. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər.Rəsmi surətdə isı o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.

Ədəbiyyatda o həmçinin milli sosialist və faşist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır.

Nasist ədəbiyyatında rejim həmçinin " Minillk reyx " (alm. Tausendjähriges Reich) adlandırılırdı.

Üçüncü reyx Adolf Hitlerin rəhbərlik etdiyi Alman Nasional Ardı »

Almaniya tarixiAleksandr Praynfalk

Aleksandr Praynfalk — İkinci Dünya Müharibəsi zamanı Üçüncü Reyxin hərbi hava qüvvələri olan Lüftvaffedə xidmət etmiş as-pilot və Cəngavər Dəmir Xaçı mükafatı laureatı.

Həyatı[redaktə]
1920-ci ilin 6 fevralında Bakıda Azərbaycan almanları ailəsində anadan olmuşdur. Sovet hakimiyyətinin qurulmasından sonra ailəsi ilə Almaniyaya köçən Fraynfalk 1941-ci ildə təhsilini başa vuraraq Üçüncü reyx hərbi hava qüvvələrinə daxil olmuşdur. Fəaliyyətinə JG-51 eskadronu ilə başlayan Aleksandr daha sonra yaralanmış və 1942-ci ildə JG-77 eskadronuna keçmişdir. Məhz bundan sonra Aleksandrının şöhrəti artmış, 13 sentyabr 1942-ci ildə Lüftvaffe şərəf kubokunu qazanmışdır. 3 oktyabr 1942-ci ildə Alman xaçı mükafatını, 14 oktyabr 1942-ci ildə 50dən artıq təyyarə vurduğu üçün Cəngavər Dəmir Xaçı Ardı »

Almaniya tarixiAlmaniyada 1848-1849-cu illər inqilabı

Almaniyada 1848-1849-cu illər inqilabı (alm. Deutsche Revolution von 1848/49) və ya Mart inqilabı (alm. Märzrevolution) — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr.

Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi.

Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi. Ardı »

Almaniya tarixiHenrix Müller

Henrix Müller (d. 28 aprel 1900 - ?) — Nasist Almaniyasında siyasi polis idarəsi Gestapo rəisi və Holokost edamlarının məsulu.
Həyatı[redaktə]
Henrix Müller Mühafizə Baş dairəsində (RSHA) planlanmış, hazırlanmış və təşkil edilmiş əsasən bütün fəaliyətlərdə məsul olaraq önəmli rol oynamışdır. 1939-cu ilin sentyabrında siyasi müxaliflərin öldürülmələri təlimatını vermişdir. Adolf Eixmannın başında olduğu Yəhudi şöbəsi də Müllerin nəzarəti altındaydı. SSRİ yəhudilərinin qətl edilməsi planının uyğulamağa qoyulmasının ən kiçik detallarınadək Müllerin doğrudan təsiri olmuşdur. Başçısı olan Reinhard Heydrixin ona verdiyi təlimatların, şəxsi birlikləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir və gerçəkləşdirilən işləri məruzə və təbliğ ediri.

Henrix Müller 1 may 1945-ci ildə Berlindəki Fürerbunkerdə son görülen faşist Ardı »

Almaniya tarixiBerlin döyüşü (1945)

Sovet Silahlı Qüvvələrinin Berlin üzərində zərbə vuracağını gözləyən alman-faşist komandanlığı bu zərbənin qarşısını almaq üçün bütün tədbirləri görməyə başladı. Sovet qoşunları Berlin üzərinə hücum edərkən, Berlini faşistlərin 64 diviziyası, 4 xüsusi briqadası, 39 xüsusi piyada və tank polkları, 98 xüsusi batalyonu, 4 artilleriya və minaatan briqadası, 10 xüsusi ağır artilleriya polku müdafiə edirdi. Hitler komandanlığının əmri ilə bütün ehtiyat piyada, tank və artilleriya hissələri, xüsusi qoşun hissələri, həmçinin esesçilər hissəsi Berlinə gətirilmişdi. Hitler qoşunları Berlin ətrafında bir neçə zonada və mövqelərdə bir-birindən 100 km. dərinliyində müdafiədə dayanmışdıəar. Onların müdafiə sistemində çoxlu səngər, taxta-torpaq atəş nöqtəsi, tanka qarşı xəndəklər, mina səhraları, tankın Ardı »

Almaniya tarixiMartin Borman

Martin Borman (alm. Martin Bormann, 17 iyun 1900, Vegeleben, Halberştadt, Hannover, Almaniya — 2 may 1945, Berlin, Üçüncü Reyx) — Almaniyanın siyasi və dövlət xadimi.

Həyatı[redaktə]
Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağırılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Ardı »