Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya tarixiHitlerin gündəlikləri

"Hitlerin gündəlikləri" (alm. Hitler-Tagebücher) — Alman jurnalistikası tarixində ən məşhur saxtakarlıqlardan biri ilə bağlı hadisə.

"Hitlerin gündəlikləri" adlı hadisə "Ştern" jurnalının tarixindəki ən maraqlı hadisələrdən biridir. XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi. O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı.

Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır.

Bu hadisədən sonra "Ştern"in Ardı »

Almaniya tarixiVoleybol üzrə qadınlararası dünya çempionatı 2002

Voleybol üzrə qadınlararası dünya çempionatı 2002 — 2002-ci ildə İtaliyada təşkil edilən dünya çempionatı. Sentyabr ayının 30-u başlayıb oktyabr ayının 15-i başa çatmışdır. Qalib adına ilk dəfə olaraq İtaliyanın layiq görüldüyü turnirdə ikinci yerin sahibi ABŞ, üçüncü yerin sahibi isə Rusiya olmuşdur. Turnir setlərin 25 xaldan oynanıldığı ilk dünya çempionatı olmuşdur. Belə ki, bundan əvvəlki dünya çempionatlarında hər bir set 15 xaldan oynanılırdı. Ardı »

Almaniya tarixiŞimali Alman İttifaqı

Şimali Alman İttifaqı (alm. Norddeutscher Bund) — 1867-ci ildə yaradılıb. Mayn çayından şimalda yerləşən bütün alman dövlətlərini birləşdirirdi. 1871-ci ildə yaradəlan Almaniya imperiyasının sələfi idi.

1866-cı ildə Avstro-Prussiya-İtaliya muharibəsindən sonra 1815-ci ildə yaradılmış və Avstriyanın əsas rol oynadığı Alman İttifaqı dağıldı. Yeni Şimali Alman İttifaqında Mayn çayından şimalda yerləşən alman dövlətləri birləşdilər. Bavariya və Avstriya bu ittifaqa daxil olmadılar.

1871-ci ildə baş verən Fransa Prussiya müharibəsindən sonra Bavariya, Vyurtemberq və Baden də ittifaqa qoşuldular. Yeni ittifaq artıq Almaniya İmperiyası adlandırıldı, onun birinci imperatoru isə I Vilhelm oldu. Ardı »

Almaniya tarixiAlmaniya Demokratik Respublikası

Almaniya Demokratik Respublikası (ADR, qeyri-rəsmi adı Şərqi Almaniya, Deutsche Demokratische Republik) İkinci Dünya Müharibəsindən sonra Almaniyanın bölünməsi nəticəsində Mərkəzi Avropada yaradılan keçmiş sosialist dövləti. AFR, ÇSSR (indiki Çexiya) və PXR (indiki Polşa) ilə həmsərhədd idi. Şimaldan Baltik dənizi ilə hüdudlanırdı. Sahəsi 108,2 min km., paytaxtı Berlin idi. Əsas şəhərləri Leypsiq, Drezden, Frankfurt-Oder, Erfurt, Rostok və Kotbus sayılırdı. ADR konstitusiyası əvvəlcə 1949-cu il oktyabr ayının 7-də, sonra isə 1968-ci ildə qəbul olunmuşdu. Dövlət hakimiyyətinin ali orqanı əhalinin 5 il müddətinə seçdiyi Xalq Palatası idi. Xalq Palatası Dövlət Şurasının sədrini və üzvlərini, höküməti (Nazirlər Şurası), Milli Müdəfiə Şurasının sədrini, Ali Məhkəmə üzvlərini və Ardı »

Almaniya tarixiI Vilhelm (Almaniya imperatoru)

I Vilhelm (alm. Wilhelm I. Friedrich Ludwig), (22 mart 1797 — 9 mart 1888) — Almaniya imperatoru (kayzer). 18 yanvar 1871-ci ildən Prussiya krallığının 7 oktyabr 1858-ci ildən regenti, 2 yanvar 1861-ci ildən Prussiyanın kralı. Prussiya general-feldmarşalı. Birləşmiş Almaniya İmperiyasının birinci imperatoru. Ardı »

Almaniya tarixiŞərqi Prussiya

Şərqi Prussiya (alm. Ostpreußen, pol. Prusy Wschodnie, lit. Rytų Prūsija) — Prussiyanın tarixi vilayəti. Şimali Alman İttifaqının keçmiş üzvü. Almaniya imperiyasının aqrar bölgəsi. 1945-ci ildə Potsdam konfransının qərarı ilə Könisberq şəhəri daxlolmaqla ücdə bir hissəsi SSRİ-yə verildi, hal-hazırda Rusiyanın anklav vilayətidir. Şərqi Prussiyanın üçdə iki hissəsi həmin Potsdam konfransının qərarı ilə Litva və Polşa arasında bölünüb və hal-hazırda o dövlətlərin bir hissəsidir. Ardı »

Almaniya tarixiI Fridrix Vilhelm

I Fridrix Vilhelm - 1713-cü ildən 1740-cı ilə qədər Prussiyanın kralı olub.

Hakimiyyəti[redaktə]
Tarixi mənbələrin verdiyi məlumata görə "Mədəniyyət" adı verən şeydən onun zəhləsi gedirdi, baxmayaraq ki, onun atası, babası və böyük oğlu II Fridrix mədəniyyətə çox meyil edirdilər. O özü isə hər penni pulu xəsisliklə qoruyurdu ki, orduya xərcləsin. O, kral sarayının xərclərinin 75%-ə qədər azaltmışdı. Onun atasına 5 milyon talerə başa gəlmiş Köniqsberqdəki tacqoyma mərasiminə I Fridrix Vilhelm 2547 taler xərcləmişdi. O, ölkəyə bir ata kimi alman yolu ilə hökmranlıq edirdi, ona özəl mülk kimi nəzarət edirdi. Berlinin küçələrində köhnə nimdaş bir zabit paltarında dolaşırdı və qaydaya riayət etməyən vətəndaşları öz Ardı »