Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya tarixiKayzer

Kayzer (alm. Kaiser) - alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür.

Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər.

Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç Ardı »

Almaniya tarixiMüqəddəs Roma imperiyası

Frank işğalları və xristianlığın yayılması Almaniyada feodal münasibətlərinin formalaşmasını sürətləndirdi. Frank imperiyasının süqutu ilə Almaniya ərazisində alman vilayətlərinin bir dövlət halında birləşməsinin təməli qoyuldu. İlk vaxtlar bu dövlət dörd tayfa hersoqluğu - Saksoniya, Frankoniya,Almaniya və Bavariya daxil olmaqla, Reyn, Elba çayları və Alp dağları arasındakı əraziləri əhatə edirdi. İlkin alman feodal dövlətini səciyyələndirən mühüm amillərdən biri iri feodal mülklərinin sürətlə artması idi. Bunun nəticəsində kəndlilərin feodallardan asılı vəziyyətə düşməsi prosesi sürətlə gedirdi. Bir sıra Qərbi Avropa ölkələrindən fərqli olaraq, Almaniya bu dövrdə vahid dövlət idi. Bu dövlətin yaranmasında macarların və normanların hücumlarının dəf edilməsi xeyli rol oynadı. Artıq X əsrin ortaları Ardı »

Almaniya tarixiRudolf Hess

Rudolf Walter Richard Hess (26 aprel, 1894 - 17 avqust, 1987) — fürerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü adam. Hess Hitler hakim dairələrinin bir qədər nevrotik üzvü idi. O, 10 may 1941-ci il tarixində Böyük Britaniya ilə sülh bağlamaq məqsədilə Şotlandiyaya üz tutduğu, amma onun uzunmüddətli azadlıqdan məhrum edilməsi ilə nəticələnən uçuşu ilə məşhurdur.
Həyatı[redaktə]
Rudolf Hess 26 aprel 1894-cü ildə Misirin İsgəndəriyyə şəhərində dünyaya gəlib. Atası topdan satış və ixracatla məşğul olub. Hess 14 yaşına qədər Almaniyadan kənarda yaşayıb. 1914-cü ildə Birinci dünya müharibəsinin başlanması ilə o, könüllü olaraq alman ordusuna yazılıb. Bu həm də ona despot atasından uzaqlaşmağa imkan Ardı »

Almaniya tarixiVeymar Respublikası

Veymar Konstitusiyası[redaktə]
1919-cu il 31 iyulda Veymarda Almaniya respublikasının Konstitusiyası qəbul edildi və 11 noyabrda qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası eyni zamanda "Veymar Respublikası" kimi də tanınır. Veymar Konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxctrat adlanır və lantaqların, yəni Almaniyada federativ dövlət quruluşu vahidi kimi qəbul edilən torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. 20 yaşına çatan Almaniya vətəndaşları seçki hüququna malik idi. Reyxstaq, dörd ildən bir ölkə əhalisinin ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli olaraq, Veymar Konstitusiyasında demokratik azadlıqlar öz Ardı »

Almaniya tarixi1957 Avroviziya Mahnı Müsabiqəsi

1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Hollandiya təmsilçisi olmuşdur.
Keçirilən yer
Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın Ardı »

Almaniya tarixiFransa-Prussiya müharibəsi

Fransa-Prussiya müharibəsi , bəzən də Fransada 1870-ci il müharibəsi kimi adlandırılan müharibə, 19 iyul 1870 – 10 may 1871 tarixləri arasında Fransa imperiyası və Prussiya dövləti arasında baş vermiş müharibədir. Prussiyaya bu müharibədə Şimali Alman İttifaqı yaxından kömək edirdi. Bu müharibədə Prussiyanın qətiyyətli qələbəsi Almaniya torpaqlarının vahid bir dövlətdə birləşməsi ilə nəticələndi.
Müharibənin səbəbləri[redaktə]
Prussiya və İngiltərə Fransanın güclənməsinə yol vermək fikrində deyildilər. 1866-cı ildə Prussiya Avstriyanı əzdikdən sonra Fransa və Prussiya münasibətləri kəskinləşdi. Prussiyanın dağınıq alman dövlətlərini birləşdirmək cəhdi əslində müsbət hadisə idi. Lakin Fransa vahid və qüdrətli Almaniyanın yaradılmasını istəmirdi. Prussiya da öz növbəsində Fransanın zəngin Elzas və Lotaringiya vilayətlərini ələ Ardı »

Almaniya tarixiQravelot döyüşü

Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte), Fransa-Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş vuruş.
Döyüşün gedişi[redaktə]
Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 Ardı »

Almaniya tarixi2011 Avroviziya Mahnı Müsabiqəsi

2011 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2011; fr. Concours Eurovision de la chanson 2011; alm. Eurovision Liedwettbewerb 2011) — 56-cı Avroviziya Mahnı Müsabiqəsidir. 2011-ci ilin may ayında (I yarımfinal mayın 10-u, II yarımfinal mayın 12-si, final mayın 14-ü) Almaniyada təşkil olunmuşdur. Müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi Running Scared mahnısı ilə birinci yeri tutmuşdur. Ardı »