Qurani Kerim → 37. Əs-Saffat (Səf-səf duranlar) surəsi
1. And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə).
2. (Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)
3. Və Quran oxuyanlara!
4. Həqiqətən, sizin Allahınız birdir!
5. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin - günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.
6. Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).
7. (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
8. Onlar ali Ardı »