Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Keriməl-Bəqərə (İnək) surəsi

.2.
əl-Bəqərə (İnək) surəsi
(Mədinədə nazil olmuşdur, 286 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Əlif, Lam, Mim2.
2.Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3.O kəslərə ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum - qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4.O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s. ) iman gətirir və axirətə də şəksiz inanırlar,
5.Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır3.
6.(Ya Rəsulum!) Həqiqətən, Ardı »

Qurani Kerim50. Qaf surəsi

50. Qaf surəsi

1. Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!

2. Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:" Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)

3. Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!"

4. Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!

5. Lakin onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər).

6. Məgər onlar Ardı »

Qurani Kerimən-Nisa (Qadınlar) surəsi

.4.
ən-Nisa (Qadınlar) surəsi
(Mədinədə nazil olmuşdur, 176 ayədir)
Bismillahir–rəhmanir-rəhim!


1.Ey insanlar!2 Sizi tək bir kəsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!
2.Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
3.Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) Ardı »

Qurani Kerim70. Əl-Məaric (Dərəcələr, yaxud Pillələr) surəsi

70. Əl-Məaric (Dərəcələr, yaxud Pillələr) surəsi

1. (Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.

2. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!

3. (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!

4. Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.

5. (Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et!

6. Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).

7. Biz isə onu yaxın görürük (ona inanırıq).

8. O gün göy göyərmiş mis kimi olacaq.

9. Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.

10. Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına Ardı »

Qurani Keriməl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi

.83.
əl-Mutəffifin (Çəkidə və ölçüdə aldadanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 36 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Vay halına çəkidə və ölçüdə aldadanların2!
2.O kəslər ki, özləri insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
3.Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
4.Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
5.Özü də dəhşətli bir gündə?!
6.O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
7.Xeyr3! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri4 (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir5!
8.Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
9.O, yazılı bir kitabdır!
10.O gün vay halına yalan Ardı »

Qurani Keriməl-İnşirah (Açılma və ya Genişlənmə) surəsi

.94.
əl-İnşirah (Açılma və ya Genişlənmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi2?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
2.Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)
3.(Elə bir yük ki) sənin belini bükürdü.
4.Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)
5.Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
6.Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək Ardı »

Qurani Kerim52. Ət-Tur (Dağ) surəsi

52. Ət-Tur (Dağ) surəsi

1. And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına.

2. And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara) -

3. Açıq dəri üzərində (olan kitaba).

4. And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura.

5. And olsun yüksək tavana (uca göyə)

6. Və dolub daşan (alovlanan) dənizə ki,

7. Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!

8. Onu heç kəs dəf edə bilməz!

9. O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),

10. Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.

11. O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!

12. O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.

13. O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.

14. (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada) Ardı »

Qurani Kerim110. Ən-Nəsr (Kömək) surəsi

110. Ən-Nəsr (Kömək) surəsi

1. (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman.

2. İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

3. Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, "Sübhanəkə Allahümmə və bihəmdikə" kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! Ardı »