Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerimət-Təkvir (Sarınma) surəsi

.81.
ət-Təkvir (Sarınma) surəsi
(Məkkədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2.Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
3.Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman2;
4.(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başlına buraxılacağı zaman3;
5.Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
6.Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman4;
7.Ruhlar (bədənlərə) qovuşacağı zaman;
8.Diri-diri torpağa gömülən körpə qızdan:
9.“Axı o hansı günaha görə öldürüldü?” -deyə soruşulacağı zaman:
10.Əməl dəftərləri açılacağı zaman5;
11.Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman6;
12.Cəhənnəm alovlandırılacağı zaman7;
13.Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;
14.Hər kəs (dünyada bugünkü günə Ardı »

Qurani Kerimən-Nəml (Qarışqalar) surəsi

.27.
ən-Nəml (Qarışqalar) surəsi
(Məkkədə nazil olmuşdur, 93 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ta, Sin! Bu, Quranın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
2.Möminlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
3.O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, zəkat verir və axirətə möhkəm inanırlar.
4.Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
5.Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
6.(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.
7.Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, Ardı »

Qurani Kerim111. Əbu-Ləhəb (Alov atası) surəsi

111. Əbu-Ləhəb (Alov atası) surəsi

1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)

2. (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).

3. O, alovlu atəşə girəcəkdir.

4. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!

5. Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır! Ardı »

Qurani Kerim55. Ər-Rəhman (Rəhmli olan Allah) surəsi

55. Ər-Rəhman (Rəhmli olan Allah) surəsi

1. Rəhman! (Mərhəmətli olan Allah!)

2. (Öz peyğəmbərinə) Quranı öyrətdi.

3. İnsanı yaratdı.

4. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.

5. Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).

6. Otlar da, ağaclar da (Allaha) səcdə edər!

7. Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!

8. Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).

9. Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)

10. Yeri də (bütün) məxluqat üçün O döşədi.

11. Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları.

12. (Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.

13. (Ey cinlər, ey Ardı »

Qurani Keriməş-Şəms (Günəş) surəsi

.91.
əş-Şəms (Günəş) surəsi
(Məkkədə nazil olmuşdur, 15 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);
2.And olsun (günəşin) ardınca çıxan aya;
3.And olsun onu (günəşi) parlaq edən gündüzə;
4.And olsun onu (günəşi) örtən gecəyə;
5.And olsun göyə və onu yaradana;
6.And olsun yerə və onu döşəyənə;
7.And olsun nəfsə (insana) və onu yaradana (ona biçim verənə);
8.Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
9.Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
10.Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.
11.Səmud1 (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.
12.Onların ən rəzili2 (Allahın bir möcüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni Ardı »

Qurani Keriməl-Haqqə (Haqq olan qiyamət) surəsi

.69.
əl-Haqqə (Haqq olan qiyamət) surəsi
(Məkkədə nazil olmuşdur, 52 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Haqq olan qiyamət!
2.Nədir qiyamət?!
3.Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
4.Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar1!
5.Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
6.Ad (qövmü) isə uğultulu, çox (soyuq və) şiddətli bir küləklə tar-mar oldu.
7.Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
8.İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
9.Firon da, ondan əvvəlkilər də, Ardı »

Qurani Kerimət-Tur (Dağ) surəsi

.52.
ət-Tur (Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun2 (Allahın Musa ilə danışdığı) Tur dağına3;
2.And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara)-
3.Açıq dəri üzərində (olan kitaba);
4.And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura;
5.And olsun yüksək tavana (uca göyə)
6.Və dolub daşan (alovlanan) dənizə ki,
7.Rəbbinin əzabı (ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
8.Onu heç kəs dəf edə bilməz!
9.O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
10.Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır4.
11.O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
12.O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
13.O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
14.(Onlara belə deyiləcəkdir:) “Bu Ardı »

Qurani Kerim44. Əd-Duxan (Duman) surəsi

44. Əd-Duxan (Duman) surəsi

1. Ha, Mim!

2. (Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki,

3. Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!

4. Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur -

5. Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk -

6. Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

7. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!

8. Ondan başqa heç bir tanrı Ardı »