Qurani Kerim → Nazil olma səbəbi (Əsbabul-Nüzul)
Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir.
Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: "(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər Ardı »