Qurani Kerim → əs-Saff (Səf) surəsi
.61.
əs-Saff (Səf) surəsi
(Mədinədə nazil olmuşdur, 14 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
2.Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz2? (Bəzi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” -deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çox möminlərin xoşuna gəlmədi).
3.Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
4.Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
5.(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş Ardı »