Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim87. Əl-Əla (Ən uca) surəsi

87. Əl-Əla (Ən uca) surəsi

. (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!

2. O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.

3. O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.

4. O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.

5. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.

6. (Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.

7. Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

8. Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.

9. (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda Ardı »

Qurani Kerim92. Əl-Leyl (Gecə) surəsi1

92. Əl-Leyl (Gecə) surəsi1

1. And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə.

2. And olsun işıqlanmaqda olan gündüzə.

3. And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

4. Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).

5. Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

6. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

7. Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

8. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

9. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

10. Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

11. (O, Cəhənnəmə) düşəcəyi zaman Ardı »

Qurani Kerim57. Əl-Hədid (Dəmir) surəsi

57. Əl-Hədid (Dəmir) surəsi

1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

2. Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!

3. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).

4. Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O Ardı »

Qurani Keriməl-İnfitar (Parçalanma) surəsi

.82.
əl-İnfitar (Parçalanma) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Göy parçalanacağı zaman;
2.Ulduzlar dağılıb səpələnəcəyi zaman
3.Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
4.Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
5.Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
6.Ey (kafir) insan3! Səni kərim olan Rəbbim barədə aldadan (və ya: məğrur edən) nədir?
7.O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib bir biçimə (insan şəklinə) saldı.
8.Sənə Özü istədiyi surəti verdi.
9.Xeyr4, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
10.Sizin üstünüzdə gözətçi mələklər5-
11.(Əməllərinizi) yazan və (Allah dərgahında) çox Ardı »

Qurani Kerim106. Əl-Qürəyş (Qüreyş) surəsi

106. Əl-Qürəyş (Qüreyş) surəsi

1. (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,

2. Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.

3. Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər!

4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi. Ardı »

Qurani Kerim112. Əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi

112. Əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi

1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur).

2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır. O, əzəlidir, əbədidir!)

3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)

4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!" Ardı »

Qurani Keriməl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi

.77.
əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi
(Məkkədə nazil olmuşdur, 50 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
2.And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
3.And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
4.And olsun (haqla batili) ayıranlara;
5.And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
6.(Möminlərə tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (vəhyi) çatdıranlara ki,
7.Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
8.Ulduzlar sönəcəyi2;
9.Göy yarılacağı3;
10.Dağlar parça-parça olub dağılacağı4 (toz kimi havada uçacağı);
11.Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
12.(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
13.(Həmin suala cavab olaraq deyiləcəkdir:) Ardı »

Qurani Keriməl-Leyl (Gecə) surəsi

.92.
əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
2.And olsun işıqlanmaqda olan gündüzə;
3.And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
4.Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
5.Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6.Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
7.Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8.Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
9.Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
10.Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün Ardı »