Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Keriməl-Fil (Fil) surəsi

.105.
əl-Fil (Fil) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2.Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
3.Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi2.
4.(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
5.(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi! Ardı »

Qurani Kerim38. Sad surəsi

38. Sad surəsi

1. Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qurana and olsun!

2. (Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).

3. Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.

4. Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır!

5. Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.

6. Onların Ardı »

Qurani Kerim1. Əl-Fatihə surəsi..

1. Əl-Fatihə surəsi..

1. Mərhəmətli, rəhmli Allahın adı ilə

2. Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə,

3. (Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana,

4. Haqq-Hesab (qiyamət) gününün sahibinə!

5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

6. Bizi doğru (düz) yola yönəlt!

7. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! Ardı »

Qurani Kerim11. Hud surəsi

11. Hud surəsi

1. Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,

2. Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.

3. Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.

4. Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!

5. Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək Ardı »

Qurani Keriməl-Mumin (Mömin) surəsi

.40.
əl-Mumin (Mömin) surəsi
(Məkkədə nazil olmuşdur, 85 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ha, Mim!
2.Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır-
3.Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır!
4.Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir!)
5.Onlardan əvvəl Nuh qövmü2, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə Ardı »

Qurani Kerim6. Əl-Ənam (Davar) surəsi

6. Əl-Ənam (Davar) surəsi

1. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.

2. Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!

3. Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!

4. Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!

5. Onlara haqq Ardı »

Qurani Kerim14. İbrahim surəsi

14. İbrahim surəsi

1. Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.

2. Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!

3. O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət nemətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.

4. Biz hər bir peyğəmbəri yalnız öz Ardı »

Qurani KerimQuranın təhrif olunmamasına dair dəllilər

Quran özü buna görə deyir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ


Həqiqətən Quranı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.[24]
Başqa bir ayədə isə deyir:

وَإِنَّهُ لَکِتَابٌ عَزِیزٌ لَا یَأْتِیهِ الْبَاطِلُ مِن بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِیلٌ مِّنْ حَکِیمٍ حَمِیدٍ


Bu, şübhəsiz izzətli və məğlubedilməz bir kitabdır, heç növ batil – nə arxadan, nə də öndən ona yol tapa bilməz. Çünki o, hikmətli və tərifə layiq olan Allah tərəfindən nazil edilmişdir.[25]
Quran müsəlmanlar arasında yazılıb və onun ən qədim nüsxələri də idikilərlə birdir bunun nədənlərindən aşağıda deyilir:

Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Quran katibləri (kuttabi vəhy) hər bir Ardı »