Qurani Kerim → ər-Hicr (Daşlı sahə) surəsi
.15.
ər-Hicr (Daşlı sahə) surəsi
(Məkkədə nazil olmuşdur, 99 ayədir)2
Bismillahir–rəhmanir-rəhim!
1.Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (möcüzə olan) Quranın ayələridir.
2.Kafirlər3 (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
3.(Ya Rəsulum!) Qoy (kafirlər)4 hələ (istədikləri kimi) yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
4.Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.
5.Heç bir ümmət5 əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra (geriyə ata) bilər.
6.(Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
7.Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun Ardı »