Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

107. Əl-Maun (Zəkat) surəsi
107. Əl-Maun (Zəkat) surəsi

. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

2. O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz).

3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

4. Vay halına o namaz qılanların ki,

5. Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).

6. Onlar (namazlarında) riyakarlıq edər,

7. Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).


Tarix: 10.06.2015 / 16:27 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Qurani Kerim
loading...