Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim72. Əl-Cinn (Cinlər) surəsi

72. Əl-Cinn (Cinlər) surəsi

1. (Ya Peyğəmbər!) De: "Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: "Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.

2. O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.

3. Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!

4. Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.

5. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.

6. Həqiqətən, (Cahiliyyət dövründə) bəzi Ardı »

Qurani Kerimən-Nəsr (Kömək) surəsi

.110.
ən-Nəsr (Kömək) surəsi1
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;
2.İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman
3.Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri (çox) qəbul edəndir! Ardı »

Qurani Keriməl-Casiyə (Diz çökmüş camaat) surəsi

.45.
əl-Casiyə (Diz çökmüş camaat) surəsi
(Məkkədə nazil olmuşdur, 37 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ha, Mim!
2.Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi (olan Allah) tərəfindəndir.
3.Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır!
4.Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər vardır.
5.Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır2.
6.(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz Ardı »

Qurani KerimSad surəsi

.38.
Sad surəsi
(Məkkədə nazil olmuşdur, 88 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qurana and olsun!2
2.(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).
3.Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.
4.Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) xəbərdarlıq edən (bir peyğəmbər) gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır!
5.Əcəba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, Ardı »

Qurani Keriməl-Fələq (Sübh) surəsi

.113.
əl-Fələq (Sübh) surəsi1
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
2.Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
3.Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
4.(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5.Və bir də paxıllığı tutanda paxılın şərindən!” Ardı »

Qurani Kerim33. Əl-Əhzab (Dəstələr) surəsi

33. Əl-Əhzab (Dəstələr) surəsi

1. Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

2. Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır!

3. Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!

4. Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!

5. Onları (əsil-nəsəbləri bilinsin Ardı »

Qurani Kerim54. Əl-Qəmər (Ay) surəsi

54. Əl-Qəmər (Ay) surəsi

1. O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.

2. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" - deyərlər.

3. Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)

4. And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

5. (Bu Quran) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!

6. Artıq (ya Peyğəmbər!) sən onlardan Ardı »

Qurani Kerim81. Ət-Təkvir (Sarınma) surəsi

81. Ət-Təkvir (Sarınma) surəsi

1. Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman.

2. Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman.

3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman.

4. (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman.

5. Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman.

6. Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman.

7. Ruhlar (bədənlərə) qovuşacağı zaman.

8. Diri-diri torpağa gömülən körpə qızdan:

9. "Axı o hansı günaha görə öldürüldü?". soruşulacağı zaman.

10. Əməl dəftərləri açılacağı zaman.

11. Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman.

12. Cəhənnəm alovlandırılacağı zaman.

13. Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman.

14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır Ardı »