Qərbi Azərbaycan → Əsgər Zeynalov
Həyatı[redaktə]
Əsgər Zeynalov 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar rayonun Yuxarı Necili kəndində anadan olmuşdur. 1974-cü ildə APXDİ-nin fransız dili fakültəsini bitirmiş. 1991-ci ildə "Azərbaycan bayatıları Qafqaz regionunda" mövzusunda (elmi rəhbərləri profesor M.Ə.Seyidov və professor T.Ə.Əhmədov) namizədlik, 2003-cü ildə "Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)" doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən professordur.
Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədliyi bir dillə, doktorluğu başqa bir dillə bağlı yazmışdır. O, erməni qaynaqlarında axtarışlar aparan sonuncu azərbaycanlı alimlərdən biridir. Tədqiqatçı İrəvan Əlyazmalar İnstitutu – Matenadaranda, İrəvan Xalq yaradıcılığı Evi, Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar apararaq, 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut Ardı »