Qərbi Azərbaycan → Fəzail Ağamalı
Fəzail Ağamalı — Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı.
Həyatı[redaktə]
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan SSR Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1971-ci ildən Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləmişdir. 1983-cü ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə əmək və əhalinin Ardı »