Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanDortnı

Dortnı (hal-hazırda: Antaraşat erm. Անտառաշատ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması.

Qafan şəhərindən 7 km şimalda yerləşən kənd 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.

Adı[redaktə]
Toponim qıpçaq mənşəli «durt» (>dort) etnonimi əsasında yaranmışdır. F.Kırzıoğluya görə, 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el «dördnu» adlanırdı. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə dəyişdirilərək Antaraşat (erm. Անտառաշատ) edilib. Ardı »

Qərbi AzərbaycanNadir Orucov

Orucov Nadir Oruc oğlu - Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin sədri (2008).

Həyatı[redaktə]
Orucov Nadir Oruc oğlu 1957-ci il yanvarın 13-də Ermənistan Respublikasının (Qərbi Azərbaycan) Qafan şəhərində anadan olub.

1964-1974-cü illərdə Qafan şəhərinin 4 №-li məktəbində orta təhsil alıb.

1974-cü ildə orta məktəbi bitirib, İnşaat Mühəndislər İnstitutunun Sənaye tikinti və mülkü tikinti fakültəsinin axşam şöbəsinə daxil olub və 1981-ci ildə İnstitutu bitirib.

1975-1977-ci illərdə Monqolustan Respublikasında hərbi xidmətdə olub.

1974-cü ildən 1992-ci ilədək Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyi 7 №-li Trestin kiçik mexanizasiya sahəsində sahə mexaniki, inşaat ustası, iş icraçısı və təchizat üzrə rəis müavini işləyib.

1992-ci ildən Xətai rayonu İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İdarəsi 1 Ardı »

Qərbi AzərbaycanÇoban Məhəmməd

Həyatı[redaktə]
Aşıq Məhəmməd Alməmməd oğlu Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.

Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb.

Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış.

Yaradıcılığı[redaktə]
Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, eldəobada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə Ardı »

Qərbi AzərbaycanZiyad Abbasov

Abbasov Ziyad Mehralı oğlu — Kənd Təsərrüfatı Nazirliyi, Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü.
Həyatı[redaktə]
Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958-1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsində təhsil almışdır.

18 dekabr 1965–ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007-2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı Ardı »

Qərbi AzərbaycanAşıq Qurban

Həyatı[redaktə]
Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş.

Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir.

Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır.

Aşıq Qurbanın əksər şerləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Ardı »

Qərbi AzərbaycanDərdli Səməd

Həyatı[redaktə]
Əliyev Səməd Himoy oğlu, 18 may 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Uşaq çağlarından ərəb və fars dilini, şəriət elmlərini dayısı, el şairi Qəmgin Fəzi Məşədi Qasım oğlundan mükəmməl öyrənmişdir.

Orta məktəbi 5-ci sinifə kimi doğma Daşkənd kəndində oxuduqdan sonra, 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonun Yeni Daşkənd kəndinə deportasiya edilmişdir. Məktəbin qalan hissəsini Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.

Orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Ağdam Mexanizasiya Texnikomuna daxil olub. 1963-cü ildə texnikomu bitirdikdən sonra Yeni Daşkənd kənd orta məktəbində əmək təlimi müəllimi işləmişdir.

1964-cü ildə V.I.Lenin adına Azərbaycan Dövlət Pedoqoji Institutuna daxil olub və Bərdə rayonunun Yeni Əyricə kəndində Ardı »

Qərbi AzərbaycanSaşa Əliyev

Həyatı[redaktə]
Saşa Əliyev 1951-ci il noyabrın 5-də Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Valideynlərini çox erkən itirən Saşa dayısı Əli Əliyevin himayəsində qalıb. 1958-ci ildə Torf 8 illik məktəbin 1-ci sinfinə daxil olur. 1968-ci ildə isə Çaxırlı kənd orta məktəbini bitirmişdir.

1971-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olur. 1977-ci ildə həmin fakültəni bitirir.

1972-ci ildən 1988-ci ilədək kənd klubunun müdiri işləyib. Eyni zamanda Şəfəq kənd orta məktəbində tarix və erməni dilindən dərs deyib. Rayonda dərc olunan “Vardenis” qəzetində məqalələri dərc olunub.

1988-ci ildən isə Bakı şəhərində yaşayır. Dövlət Statistika Komitəsi, Qaçqınlar Cəmiyyətində və müxtəlif cəmiyyətlərdə məsul vəzifələrdə çalışıb. Müxtəlif dövri mətbuatda deportasiya ilə Ardı »

Qərbi AzərbaycanÇuxursəəd

Tarixi[redaktə]
Çuxursəd Bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir.

Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın Ardı »