Qərbi Azərbaycan → Ərəfsə (Qarakilsə)
Tarixi[redaktə]
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonundakı Ərəfsə kəndi rayon mərkəzindən 20 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, dağ ətəyində yerləşirdi. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ərəfsəcik formasında (143, s.183), Qafqazın 5 verstlik xəritəsində Ərəvsə kimi (348, s.17) qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 19 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 148 nəfər, 1897-ci ildə 123 nəfər, 1908-ci ildə 168 nəfər, 1914-cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1917-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə Ardı »