Qərbi Azərbaycan → Ardanış - Əhalisi
Tarixi qaynaqlardan bəlli olur ki, Ardanış ərazisində məskunlaşma eramızdan əvvəl III-II minilliklərə təsadüf edir. XX əsrin 70-ci illərində dəmir yolu çəkilərkən, kəndin cənub-qərbindəki Sarı güney ərazisində qazılan böyük xəndəyin divarları boyunca 2-3 metr dərinlikdə içi boş küpələr, müxtəlif saxsı parçaları, kiçik qarmaqlar və müxtəlif əşyalar çıxırdı. Ardanış ərazisində qədim dövrlərə aid bir neçə mədəni təbəqə mövcud olub. Təəssüf ki, obyektiv səbəblərdən arxeoloji qazıntılar aparmaq mümkün olmayıb. Eramızdan əvvəlki dövrlər barədə ətraflı məlumat verə bilməsək də, müəyyən tarixi mənbələri öyrənməklə, bu barədə konkret fikir yürütmək mümkündür. Tunc dövründən burada insanların yaşadığını sübut edən faktlar var. Hələ sovet dövründə rus alimləri Göyçə gölünün Ardı »